
Mask rekord qırdı
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
Ukrayna ordusu çökə bilərdi
İlon Maskın 14 yaşında işə aldığı vundurkind Kairan Quazi, iki il çalışdıqdan sonra “SpaceX”dən ayrılacağını açıqlayıb.
16 yaşlı Banqladeş əsilli ABŞ vətəndaşı Quazi, 2023-cü ildə universiteti bitirdikdən sonra “SpaceX”in “Starlink” departamentində işə başlamış və manşetlərə çıxmışdı.
Gənc mühəndisinin karyerasını Silikon Vadisində davam etdirməsi gözlənilsə də, bu həftə o, maliyyə şirkəti “Citadel Securities”də işə başlayacaq.
Quazi “Business Insider”a verdiyi açıqlamada, ““SpaceX”də iki il çalışdıqdan sonra yeni çağırışlara hazır olduğumu və bacarıqlarımı yüksək performans tələb edən fərqli bir mühitdə genişləndirmək istədiyimi hiss etdim”.
San-Fransiskoda böyüyən Quazi, 9 yaşında üçüncü sinifdən universitetə keçmişdi. 10 yaşında “Intel Labs”də təxminli danışıq yaratma platformları, daha sonra isə “Blackbird.AI” adlı kiber kəşfiyyat şirkətində maşın öyrənməsi sahəsində staj keçmişdi.
14 yaşında “Santa Clara” Universitetini bitirərək ən gənc məzun olmuş, yazılım mühəndisliyi diplomu ilə “SpaceX”də işə başlamışdı. Burada çalışdığı iki il ərzində “Starlink” peyklərinin işıq şüalarını yönəldən proqram təminatını hazırlamışdı: “Xüsusilə aşağı səviyyəli mühəndis üçün geniş iş sahəm və böyük məsuliyyətlərim vardı”.
Gənc dahinin yalnız tərcümeyi-halı deyil, həm də süni intellekt sahəsinə olan marağı səbəbilə texnologiya sektorunda irəliləməsi gözlənilirdi.
Lakin Quazi daha sürətli nəticə verəcək bir iş üçün maliyyə sektoruna yönəldiyini bildirir. Bu səbəbdən yüksək səviyyəli süni intellekt şirkətlərindən gələn təklifləri geri çevirmiş, Nyu-Yorkdakı “Citadel Securities”də maliyyə proqramçısı olaraq işə başlayır: “Maliyyə proqramçılığı çox nadir bir kombinasiyanı təqdim edir: Süni intellekt tədqiqatlarının təmin etdiyi mürəkkəblik və intellektual çağırış var, amma çox daha sürətli tempdə işləyir. Burada aylar və ya illər deyil, bir neçə gün ərzində ölçülə bilən təsir görəcəyəm”.
Şirkət açıqlayıb ki, Quazi yeni vəzifəsində həm treyderlərlə, həm də mühəndislərlə işləyərək şirkətin qlobal ticarət infrastrukturu üzərində çalışacaq.
Quazi digər şirkətlərdən gələn təklifləri də rədd etdiyini bildirir və burada keçmişinin dəyər gördüyünü vurğulayır: “Çox sürətli hərəkət etdilər və yaşım və təcrübəmə baxmayaraq imkanları mənim üçün məhdudlaşdırmadılar”.
Yeni işinin bir üstünlüyü də ofisinin evinə 10 dəqiqəlik məsafədə olmasıdır. Hələ sürücülük vəsiqəsi olmadığı üçün “SpaceX”dəki işinə anası aparırdı.