Dünya intihar etmək istəyir...
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir

“Quran”ı, yaxud “Tövrat”ı və ya “İncil”i yandırmaq, cırmaq, sadəcə, cırtqozluqdur.
Ona görə yox ki, bu kitablar göydən endiriliblər. Ona görə ki, bu kitablarda mədəniyyət tarixinin ilkin hekayələri toplanıb.
İnsanlıq öz əcdadının yer-göy haqqında nə düşündüyünü bu kitablardan oxuyub öyrənir.
1970-ci illərə qədər şumerlər haqqında heç nə bilmirdik, amma onların bütün yaradılış əhvalatlarını (Nuh tufanı, kişinin palçıqdan, qadının qabırğadan yaradılması və s.) Tövratdan, Qurandan oxumuşduq.
Bu kitabları yandırmaq qədim mədəniyyətlərin kitabxanalarını yandırmaqdır. “Quran”, “Tövrat”, “İncil” özlərindən əvvəlki mədəniyyətlərin ensiklopediyalarıdır.
Bu kitablar inanmaq istəyənlərdən daha çox bilmək istəyənlər üçün lazımdır.
Bu kitabları yandırmaq Tanrıya, peyğəmbərlərə qarşı deyil, mədəniyyətə qarşı nankorluqdur.