
Açıq qapı olmayacaq ...
... Yaxud Vulfun davamçıları – “Yasamal qrupu”
... Yaxud Vulfun davamçıları – “Yasamal qrupu”
“Anka” hekayəsindən danışanda nələrdən danışmalıyıq?
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
Hekayə
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
Qur-qur, bu dəhşətdir ...
Bu gün böyük yazıçımızın haqqa qovuşduğu gündür
Osamu Dazai – “İnsanlığımı İtirərkən” əsərinin təhlili
... Yaxud zamanı qabaqlayan yazıçı
... Yaxud insan necə dəyişilir?
Taleyin dramatik təqdimatını nümayiş etdirən əsər niyə qadağan edilmişdi?
Qısa hekayə
... Yaxud yazmaq istəməyinin yazmağı
Yazmağa başlayanların oxuması lazımdır
Edmon Sabrinin «Həyat hekayələri»
Müəllif ilə oxucu arasında da iqtidar və müxalifət arasındakı mücadiləyə oxşar bir münasibət cərəyan edir.
Oxucu əsərə görə heç bir məsuliyyət daşımadığı üçün yazıçının həqiqətlərini təhrif, ittiham, hətta təhqir edə bilər. Bu, onun azadlığıdır. Müəllifin belə bir azadlığı yoxdur, o, öz əsərinin məhkumudur.
Dövlətə yanaşmada da məsələ bu cürdür; iqtidar dövlətə yanaşmada məhkumluğu, müxalifət azadlığı təmsil edir. Müxalifət özü də hakimiyyətə gəlsə, məhkumlaşacaq. Məhkumlaşmasa vay o dövlətin halına.
Oxucu o müəllifi sevir ki, əsərdə onun da mövqeyini nəzərə alsın. Bu cür əsərlər yalnız öz dövrünün oxucu nəslini təmsil edir, növbəti nəsillərə lazım olmur. Çünki hər növbəti nəslin öz şərtləri yaranır.
Nəsildən-nəslə ötürülən əsərlər oxucunun mövqeyini nəzərə almayan, bütün məsuliyyətin müəllifin üzərində qaldığı əsərlərdir.
Məsələn, “Uliss” romanı kimi. Bu romanın, demək olar ki, oxucusu olmadı. Amma bu hal onun ədəbi və əbədi dəyəri üçün heç bir təhdid yaratmır.
Oxucu mövqeyini şərik alan minlərlə roman unuduldu, “Uliss” isə uzaqdakı dağların zirvəsində heç vaxt əriməyən qar kimi həmişə görünməkdədir.
Hamı o qarı görür, istəyir ki, ömründə, heç olmasa, bir dəfə o qarlı zirvəyə qalxsın. Amma müəllif oxucu ilə arasına elə bir keçilməz məsafə qoyub ki, oxucu ona ancaq tamaşa edə bilər.
Müəllif oxucuya bulaşmamalıdır, ya səhnəni tərk etməlidir, ya da orada tək qalmalıdır.