vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ƏDƏBİYYAT  
Uğur anlayışı 11:46 | 6 may 2025 | Çərşənbə axşamı Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uğur anlayışı

Alilərlə adilərin fərqini ortaya qoyan qavram

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Subyektinə görə iki növ uğur var: adilərin uğur anlayışı və alilərin uğur anlayışı.

Adilərin uğur anlayışı məkanla bağlıdır. Məkanda nə qədər çox şeyə sahiblənərsə, adi özünü bir o qədər uğurlu kəs sanar. Ev, iş, avtomobil, vəzifə, komfort zona və s. Əldən-ələ keçən və qalıcı olmayan inventar yığınyla ölçülən uğur. 

Alilərin uğur anlayışı zamanla bağlıdır. Ali öz uğurunu zamanda ələ keçirə bələcəyi ərazinin miqyasıyla ölçər və bunu, sadəcə, ehtimal edər. Adinin gözüylə baxaq o, uğursuz adamdır. Çünki məkanda heç bir şeyə sahib deyil, zamanda nə qazanacağı isə şübhəlidir.

Alinin adinin xırdavatına ehtiyacı var. Adinin isə alinin küliyyatına ehtiyacı olmaya bilər.

Bu iki uğur arasında həmişə qaçış mümkündür. Məsələn, Budda məkanda anadan uğurlu doğulmuşdu, kral oğluydu. Adiliyin zirvəsindəydi. Amma o, bundan imtina etdi, zamana qaçdı və böyük bir zamanı ələ keçirdi. Tesla da həmçinin. Tolstoy ahıl yaşında evdən qaçanda məkandakı uğurunun dözülməzliyindən qaçmışdı. Kafkada məkan, ümumiyyətlə, absurd, anlaşılmaz bir zonadır.

Zamandakı uğur uzaq məsafədə qəndi tapan seçilmiş qarışqanın uğurudur, alidir. Həmin qəndi sürüyüb yuvaya aparmaq üçün məkandakı uğura ehtiyac var, yəni adi qarışqalara.

Böyük mədəniyyət üçün hər iki uğur lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)