vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜTALİƏ  
İstehsalçı ilə istehlakçının fərqi 09:28 | 8 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 43 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstehsalçı ilə istehlakçının fərqi

Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər şey kimi həyat da forma və məzmundan ibarətdir. Həyatın məzmununu dərk etmək ölüm qorxusunu yox edir, eyni zamanda xoşbəxtlik duyğusunun saxtalığını üzə çıxarır.

Xoşbəxtlik həyatı forma olaraq yaşayanın gözləntisidir. Çoxluq həyatın formalarına can atır.

İstehsal mühiti həyatı formalarla zənginləşdirir və yaratdığı formaları xoşbəxtlik vasitəsi olaraq mənalandırır. Buna kapitalizm deyilir.

Kapitalizm məzmunun formadan geri qaldığı və get-gedə unudulduğu, yoxa çıxdığı bir sistemdir.

Bu halın baş verməməsi üçün kapitalizmin onu sorğulayan demokratiyaya ehtiyacı var. Demokratiya kapitalizmi məzmunla təmin edir.

İstehlakçı cəmiyyətlərin demokratiyaya ehtiyacı yoxdur. Çünki bu cəmiyyətlər xoşbəxtlik duyğusuyla mənalandırılmış formaların fanatlarından ibarətdir.

İstehlakçı istehsalçının cahilidir! İstehlakçı inanclı adamdır, formaya tapınır. Hər yeni formayla öz inancını təzələyir, gücləndirir.

İstehlakçı sorğulamır, sorğulamadığı üçün istehlak mühitində demokratik mühit yarana bilməz. Yaransa belə duruş gətirməz.

Yaponiya, Cənubi Koreya istehsalçı oldu deyə özlərində demokratiya ehtiyacı yarada bildi. İspaniya Sənaye inqilabına qoşula bilmədiyi deyə feodal ölkəsi olaraq qaldı. Türkiyə istehlakdan asılı vəziyyətə düşdü deyə demokratiyası zədələndi.

Bu gün həyatı ən çox formalarla zənginləşdirən ölkə Çindir. Artıq özünün ilk demokratik hüceyrəsini “tik-tok”u yaradıb.

Böyük iqtisadiyyat özünü sorğulayan filosoflar yetişdirir, kiçik iqtisadiyyat onu sorğulamayan din xadimləri.

Və bu din xadimləri forma qıtlığından əziyyət çəkən, özünü bədbəxt hiss edən insanlar üçün məcazi formalar yaradırlar. Çoxluğun inandığı din məcazi formalardan ibarətdir.

Dinin məzmununu dərk edən adamın peyğəmbərə ehtiyacı olmaz. Peyğəmbər məcazi forma istehsalçısıdır. Məsələn, islamın beş əsas şərti kimi təqdim olunan əmrlərin beşi də məcazi formadır. Namaz qılmaq, oruc tutmaq, Həccə getmək və s. hamısı dinin məcazi formalarıdır. Məzmuna təsir göstərmir, hətta onu deformasiyaya uğradır.

Necə ki, kapitalizmin yaratdığı maddi formalar məzmuna təsirsiz ötüşür.

Kapitalist sistemdə məzmun formadan geridədirsə, dini sistemdə irəlidədir. İnanclı insan gələcəkdə, hətta həyatda olmayanda xoşbəxt yaşayacaq.

Bundan ötrü o, bacardıqca maddi formalardan uzaq durmalı, məcazi formaların fanatı olmalıdır.  

Hər iki sistemdə yaşayanlar həyatın formasıyla deyil, məzmunu ilə tanış olmaq istəyirlərsə, öz cəmiyyətlərinin xoşbəxtlərinə deyil, bədbəxtlərinə baxmalıdırlar – kapitalist sistemdə cəmiyyətin dibinə düşənə, dini sistemdə cəmiyyətin fövqünə qalxana.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)