
100 il öncə doğulan “Hamlet”
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
Zehni asılılıq və mədəniyyət transferinin təsiri
London komediya klubu botokslu insanlara girişi qadağan edir
10 Mart Milli Teatr Gününə sözardı
Elmin yeganə mürşid olduğunu qəbul edənlərin ...
Mədəniyyətimizin itkiləri
“Metafizika” – 2500 ildir təhlil olunan fəlsəfi cərəyan
Ölkənin mədəniyyət elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan
Azadlıq haqda xülyalar yazıçıların, filosofların və siyasətçilərin uydurmasıdır
Milli səhnəmizlə onun tənqidinin birgəyaşayışını təmin edən ədəbiyyatşünas - Məmməd Cəfər
Biri azyaşlı, digəri yaşlı tamaşaçılar üçün
Tətilə çıxan teatrlar yeni mövsümdə yeni tamaşalar vəd edirlər
«Dejavü»nün ssenari müəllifləri tamaşanın həm rejissorlarıdır, həm də aktyorları
Mədəniyyətimiz Fransız millətinin düşüncəsini erməni yalanlarından təmizləyir
Bu il Azərbaycan teatrının 140 yaşı tamam olur
«Poeziya buketi, nəğmə çələngi»
Mədəniyyət irəli gedə bildiyi kimi, geriyə də qayıda bilir. Vil Dürant yazır ki, opera binaları, universitetlər, teatrlar, konservatoriyalar arxalarındakı sallaqxananı gizləyən pərdədir.
Mədəniləşmədən fərqli olaraq, mədəniyyətsizləşmə çox sürətlə baş verir. Meymun milyon il ərzində insana çevrilə bilər, amma insanın meymuna çevrilməsi üçün saatlar da yox, dəqiqələr lazımdır.
İngilis alimi Arnold Toyinbi deyirdi ki, mədəniyyəti şəxsiyyətlər yaradır, həm də xalqın iştirakı və xəbəri olmadan.
Sokratı səs çoxluğu ilə ölümə göndərənin, Pifaqoru tələbələri ilə birlikdə öz məktəbində diri-diri yandıranın, Platonu gənclərə öyrətdiyi üçün İsgəndəriyyəli Hipatiyanın küçədə daş-qalaq edənin, Seyid Əzimi məscid həyətində tapdalayıb öldürənin, keçən əsrin ortalarında ABŞ-da “Makkartizm inkivizisiyası”nı həyata keçirənin bir adı var: XALQ!
Biz bu gün ona ideoloji terminologiyaya uyğun olaraq kütlə deyirik.
Danabaşlaşma mədəni dəyərlər xalqın öhdəsinə buraxıldıqda, xalq şəxsiyyətləri sıradan çıxarıb onun missiyasını öz üzərinə götürdükdə baş verir.
Heydər Camal mifləşdirilmiş, eyni zamanda siyasiləşdirilmiş “xalq” anlayışını nasional-sosialistlərin yaratdığını söyləyir. Xalq marksistlərin proletariat dediyi şeydir. Yenə də Heydər Camal xalqın, yaxud proletariatın hökmranlığını qiyamət əlaməti sayır.
Siyasətçiləri və folklorşünasları çıxmaqla ağlı başında olan adamların heç biri xalq haqqında müsbət fikirdə olmayıblar.
Qasset ideoloji dillə kütlə insanı dedikdə xalqın təmsilçisini nəzərdə tuturdu və onu "sivilizasiya tarixinin səhnəsində avaralanan ibtidai insan” adlandırırdı. Le Bonn onun ibtidailiyini fərdi deyil, kollektiv ruh daşıyıcısı olmasına bağlayırdı.
Alman filosofu Vilhelm Humboldt hələ XIX əsrin əvvəllərində yazırdı ki, bir cəmiyyətdə insanların sağlam mənəviyyata yiyələnməsi üçün “mühit rəngarəngliyi” vacib şərtdir. Doğrudan da, ətrafımızda xalqı təmsil edən adamların davranışlarına Humboldtın gözləri ilə baxsaq, onun əsl anasının monoton mühit, birxətli düşüncə olduğunu görəcəyik. İş başında olan xalq bir mafiyadır. O, çoxlu əlləri, çoxlu ağızları, çoxlu ayaqları, amma bir beyni olan bir nəfərdir!
Xalq cəm halda canlıdır. Təklənmiş halı onun ölü vəziyyətidir. Xalqın verdiyi qərarlar kollektiv təhtəlşüurdan ötürüldüyü üçün həmişə kortəbiidir.
2500 ildir onu Sokratın ölümünə görə söyürlər, Pifaqorun diri-diri yandırılımasına görə lənətləyirlər, 1600 ildir ki, İsgəndəriyyəli qadın filosof Hipatiyanı saçından sürüyərək küçədə daş-qalaq edib öldürdüyü üçün onun üzünə tüpürürlər, o, yeddi əsrdir “cadugər” deyib cumduğu Janna Darkın başından dişləri ilə qopardığı kirli saçları ağzından təmizləyə bilmir, iki yüz ildir ki, hər gecə Seyyid Əzim onun yuxusuna girib üzünə itin sözünü deyir.
Amma bu, onun vecinə də deyil, çünki o, həyatı və dünyanı başqa cür görə və dərk edə bilmir. Mədəniyyət elə xalqın bu kortəbii xislətini cilovlamaq üçündür.
Bu günə qədər xalq tərəfindən təhqir olunmuş, öldürülmüş elə bir şəxsiyyət olmayıb ki, tarix ona heykəl qoymasın. Çünki xalqla tarixin dəyərləndirmə meyarı bir-birinə ziddir. Xalq həmişə yalnız “indiki zamanı” təmsil edir. Ona verilən rol bütün zamanlarda epizodikdir: İndi və Burada! Vəssalam!
Tarix qarşısında “heç kim” olduğunu başa düşmək xalq təmsilçisində şəxsiyyət anlayışına qarşı nifrət və qəzəb yaradır. Onun şəxsiyyəti görən gözü yoxdur! O, tarixə ancaq söyüş, caynaq, tüpürcək kimi lazım olduğunun fərqindədir. Onun şəxsiyyəti tarixi bir dəyərə atdığı daşdan ibarətdir. Varlığı tüpürcəklə eyniləşdirilimiş insan hansı mədəni, mənəvi duyğularla yaşaya bilər ki?
Bir cəmiyyətdə bu cür insanların sayının çox olmasıdır danabaşlaşma!
Xalqda bilginin yeri boşdur, hansı bilgini istəsəniz ona yeridə bilərsən. Xalqda əqidənin yeri boşdur, hansı əqidəni istəsəniz ona sırıya bilərsiniz. Ən dəhşətlisi, xalqda inancın yeri boşdur, hansı allahı istəsəniz xalqı ona inandıra bilərsiniz!
Son zamanlar bizim cəmiyyətdə də danabaşlaşma halları çoxalmağa və güc toplamağa başlayıb. Yazı adamlarına, sənət və elm adamlarına kütləvi hücumlar ölkədə mədəniyyətsizləşmənin vüsət aldığından xəbər verir.
Onu yazma, bunu demə, belə danışma! Cəzalandırarıq! Əgər lap tutaq ki, yol verilmiş səhvə görə xalq cəzalandıracaqsa, onda dövlət nə üçün var?
“Dəmir yumruq” düşmən üzərində yüz ildə bir dəfə kara gələ bilər, xalq isə hər gün o yumruğu başının üstündə hiss etməli, hətta görməlidir!
Danabaşlaşmamaq üçün...