vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AİLƏ  
Kötək və kökə 08:36 | 14 fevral 2025 | Cümə Məqaləyə 1135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kötək və kökə

Yaxud rus və ingilis tərbiyəsinin fərqi

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

İngilis antropoloqu Ceffri Qorerin rus xarakterinin necə ətə-qana dolması haqqında yazır ki, rus xalqının həmişə onları cəzalandıran avtoritar bir liderə boyun əymək ehtiyacının səbəbi rusların öz övladlarını lap körpəlikdən yeri gəldi-gəlmədi kötəkləməsi ilə bağlıdır. Boş-boşuna döyüldükdən sonra uşaqların əzizlənməsi, incidilmiş qəlblərinin ovudulması üçün onlara kiçik hədiyyələrin verilməsiylə ruslarda uşaq vaxtından cəza və mükafat arasında bir bağ olduğu düşüncəsini yaradır.

Ənənəvi tərbiyənin yaratdığı bu düşüncə zamanla bütün rus xalqının milli şüuruna çevrilib və ruslar milli gücə çevirdikləri bu ənənəvi əziklikdən pöhrələnən xarakterlərini tarix boyu onlara döyüş meydanında məğlub olan xalqlara da yoluxdurublar.

İngilislərin mühafizəkar puritan əxlaqı da tərbiyələndirmə üsulu olaraq uşaqların kötəklənməsini vacib sayır. Amma nə üçün rusları itaətkar edən kötəkləmə ingilisləri üsyankar etmişdi? Çünki müti babası balaca Qorkini axmaqlıq etməzdən əvvəl döyürdi. Necə ki, böyüyəndə daha yaxşı ötsünlər deyə körpə vaxtı saka quşlarının gözlərini oyurlar.

Dikkensi isə əyyaş atası o, axmaqlıq etdikdən sonra əzişdirirdi.

Ədaləti qabaqlayan cəza insanı, xalqı əxlaqsızlaşdırır, dəyərsizlik mühiti yaradır. Dostoyevskinin, Qorkinin tipik rus qəhrəmanları müti və qəddardırlar. Qəddarlıqları mütiliklərinin qisası kimi üzə çıxır. Onlar uşaqlıqdan özlərinə dəyər verməkdən məhrum olduqları üçün başqalarına da dəyər verə bilmirlər, əvvəlcədən cəzalandırıldıqları üçün boyunlarına qoyulan suçlu, cinayətkar bir kimliklə gəzib-dolaşırlar.

Balaca Dikkensdə isə cəza suçdan sonrakı ədalətin icrasıydı, suça görə verilən ədalətli cəza ingilisdə ədalətsiz cəzaya qarşı dirənmək əxlaqını yaratmışdı. Rus uşaqlığından bəri suçdan əvvəl cəzalandırıldığı və buna görə əzizləndiyi, mükafatlandırıldığı üçün “cinayət və cəza” axtarışı onda psixoloji ehtiyacdan doğur. Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkündür. Raskolnikov özünün milli cinayətkar instinktini ovutmaq üçün cəza axtarırdı, bundan ötrü o günaha batmalıydı. Sələmçi qarı olmasaydı da o, başqa bir bəhanə tapıb cinayət törədəcəkdi.

Tanrının lənəti və mərhəməti rusun həyatına günahla birlikdə daxil olur.

Rus həyata anadangəlmə cinayətkar olduğu düşüncəsiylə atılır və ömrü boyu öz cəzasını axtarır.

Bolşevizm Raskolnikov sürülərinin kütləvi cəza axtarışıydı.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)