vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ƏDƏBİYYAT  
Yaratmaq özündən verməklə mümkündür 07:43 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaratmaq özündən verməklə mümkündür

Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Xoşbəxtlik haqqında çox söz deyilib. Anlayışın unudulan tərəfi xoşbəxtliyin tamamilə hormonal proses olmasıdır. Xoşbəxtlik tamamilə fizioloji bir aktdır və bütün asılılıqların səbəbidir.

İnsan davamlı xoşbəxt olmaq üçün asılı olmalıdır, məsələn, tanrıdan, yaxud araqdan və ya diqqətdən və s. Asılı olduğu şey də insanı gec-tez bədbəxtliyə gətirib çıxarar. Məsələn, araq asılılığı qaraciyəri çürüdür, tanrı asılılığı beyini, diqqət asılılığı şəxsiyyəti.

Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır. Məsələn, içki asılılığı yüz qram ən keyfiyyətlisiylə başlayır, ən keyfiyyətsiz içkilərin bomjluğuyla bitir. Tanrı asılılığı yaradılışın tək səbəbinə inanmaq düşüncəsiylə başlayır, cürbəcür yəhudi, yaxud ərəb adətlərinin sərgərdanlığıyla başa çatır. Diqqət asılılığı gizli bir sevgiylə başlayır, pornoqrafik bir çığırqanlıqla sonlanır.

Bu asılılığın, yəni xoşbəxtliyin bütün halları üçün yeganə formuldur və əslində, xoşbəxt olmağı bacarmayanlar üçün keçərlidir. Asılılıq bacarıqsızlığın nəticəsidir.

Asılılıq insan xoşbəxt olmağı bacarmadıqda yaranır. Asılılıq həmişə narazı qalanların bədbəxtliyidir. Həqiqi xoşbəxt içkinin, sadəcə, ilk yüz qram, tanrının, sadəcə, yaradan, diqqətin, sadəcə, gizli sevgi olması ilə qane olandır.

Xoşbəxt olmağı bacarmaq ailə tərbiyəsinin öyrətdiyi bir ustalıqdır.

Narazı mühit görməmiş, acgöz insan yetişdirir! Evdə daim şikayətlənmək uşaqda daha artığına layiq olduğu düşüncəsini formalaşdırır. Uşaqda başqalarını günahlandırmaq vərdişləri yaradır: o anadangəlmə layiqdir, ətrafdakıların işi ona layiq olduğunu ödəmək olmalıdır. 

 Belə uşaqlar böyüyüb özlərinin narazılardan ibarət cəmiyyətlərini yaradırlar. Biz Amerikaya layiqik, biz cənnətə layiqik, biz ən yüksək vəzifələrə layiqik. Onlara ailədə layiq olduqlarını yaratmaq vərdişlərini deyil, istəmək vərdişlərini öyrədiblər.

Onların istəmək bacarıqları var, vermək bacarıqları yoxdur. Verəndə belə daha artığını almaq üçün verirlər.

Yaratmaq özündən verməklə mümkündür. Müasir mədəniyyətimiz niyə kasıbdır, çünki bütün resurslar istəyənlərin ağzını yummağa yönəldilir. Bürokratiyamız niyə səriştəsizdir, çünki vəzifələr işləyənlərdən çox, istəyənlərin arasında bölünür, ailələrimiz niyə dağılır, çünki istəyə biləcəyimiz adamı “sevmişdik” və s.

Hətta folklorumuzda belə istəyənin imtiyazları daha çoxdur. Atalarımız deyir: istəyənin bir üzü qaradır, verməyənin iki. Yəni istəmək bir o qədər ayıb deyil, amma verməmək biabırçılıqlıdır!

Ata kimdir? Ailə başçısı!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)