vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜTALİƏ  
Metafora mənanın duvağıdır 10:33 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metafora mənanın duvağıdır

Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Tövratın, İncilin, Quranın dili simvolik, metaforik dildir. Yəni örtüyü olan dildir. Metafora mənanın örtüyüdür, məna metafora ilə özünü yad gözlərdən gizləyir. Metafora mənanın duvağıdır.

Metafora dilin həyası, abırıdır. Bu dillə tanrı öz abırını gözləyir. Şairin abırı da şerin dilindədir. 

Abırlı, həyalı olan bir şey hamı üçün ola bilməz. O yalnız ona dost olanlar, məhrəm olanlar üçündür. Tövratı, İncili, Quranı hamının kitabına çevirmək, yaxud bu kitabların hamı üçün göndərildiyini düşünmək, simvolik dillə desək, böyük günahdır.

Bu kitabların metaforik dilinə xəyanətdir!

Müqəddəs mətnlər özünü tanrıya dost, məhrəm, hətta sufilər kimi sevgili zənn edənlərin oxuması üçündür.

Hədə-qorxuyla, şirniklədirməklə fizika, kimya, həndəsə kitabını oxutdurmaq olar. Tanrının simvolik dil vasitəsilə öz həyasını gözlədiyi kitabını balta kimi insanlara silkələmək dindən bixəbər olmaqdır, dinsizlikdir.

Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir. Çadra qadını yox, mənanı örtmək üçündür. Məna çılpaqdırsa, qadını örtməyin bir mənası qalmayacaq.

Ayənin mənasını anlamaq üçün ərəb dilini yox, metaforik dili bilmək lazımdır.

Mənanın nə üçün örtüyə ehtiyacı olduğunu anlamaq lazımdır.

Özünü tanrıya dost, məhrəm bilməyən, buna ehtiyacı olmayan adamları qorxudub müqəddəs mətnləri oxutdurmaq onları zorla tanrının məhrəminə soxmaqdır.

Guya, tanrı bilmir ki, dünyada nə qədər insan özünə dindar deyənlərin qorxusundan yalandan dinə “sığınıb?”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)