
Tanrıyla ünsiyyətin dili muğamdır
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir
Eşq və ilahi yolçuluq simvolu
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
Empatiya ölmüş hisslərin yenidən canlandırmağın yoludur
Almaniya islamlaşma ilə üz-üzədir
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
İslam tarixində bir dövr olub – elə bir dövr ki, sonra səssizcə tarix səhnəsindən silinib, arxasınca yalnız tozlu kitab səhifələrində iz buraxıb. Müsəlmanların bu gün ağızdolusu təriflədikləri, “islam alimləri” deyə göylərə qaldırdıqları o adlar – İbn Sina, Əl-Fərabi, Əl-Biruni, İbn Rüşd, Zəhravi, Əl-Xarəzmi və başqaları — məhz həmin dövrün insanları idi.
O zamanlar elm çiçəklənmişdi. Astronomiya səmalara çatırdı, riyaziyyat yeni üfüqlər açırdı, tibb insan ömrünü uzatmağa çalışırdı, kimya və fəlsəfə isə təbiəti və insanı anlamağın yollarını axtarırdı. Bağdadın "Beytül-Hikmə"si dünya miqyasında elmi mərkəzə çevrilmişdi. Avropa hələ qaranlıq çağlarını yaşadığı vaxtda müsəlman dünyası elmi və intellektual yüksəlişin bayraqdarı idi.
Amma bu yüksəliş uzun sürmədi. Elmin qabağı bir anda kəsildi. Tək bir fətva ilə. Tək bir dini hökmün kölgəsində. İmam Qəzzalinin bir fətvası ilə “Fəlsəfə haramdır”, “əql insanı şübhəyə salır”, “təfəkkür küfrə aparır”, “kitab oxumaq fitnədir” – deyə-deyə bu ocaqlar söndürüldü. Elmi düşüncə günah elan edildi. Kitablar yandırıldı, alimlər kafir damğası ilə təqib edildi, ağıl yerini itaətə verdi.
Beləcə, islam dünyası bir daha bərpa olunmayan intellektual iflasın içində batıb qaldı. Həmin o böyük mədəniyyət tənəzzülə uğradı, və bu gün biz yalnız o dövrün izlərini yadlarla dolu ensiklopediyalarda axtarırıq. O dövr bir daha geri qayıtmadı. Çünki bir xalq bir dəfə ağlın üstünə qıfıl vurduqdan sonra, daha açar da, açan da tapılmır...
Bu gün geriyə baxıb fəxr etdiyimiz o alimlər, əslində o vaxtın ruhanilərindən, “din adamlarından” qorunaraq yaşayıb-yaradırdılar. Onların çoxu gizli yazır, fikirlərini şərhlərlə ört-basdır edir, və ya başqa adlarla yayımlayırdılar. Çünki həqiqi elm heç vaxt kor itaətlə yola getməyib.
İndi bəziləri durub fəxrlə deyir: “Bizim İbn Sina'mız var.” Amma soruşsan, nə İbn Sina'nın adını daşıyan kitabı oxuyub, nə də onun hansı fikirlərə görə kafir elan olunduğunu bilir.
Elm bir dövr parladı və sonra susduruldu. Qalan isə mifə çevrilmiş adlar və düşüncəyə qarşı yönəlmiş qorxular oldu.