vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏHİYYƏ, ORDU  
Yarbay, yoxsa polkovnik-leytenant 08:33 | 5 iyun 2025 | Cümə axşamı Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarbay, yoxsa polkovnik-leytenant

“Tələffüz edib qurtarana qədər düşmən başımızın üstünü alar ki”

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

90-cı illərin ortaları idi. Müdafiə nazirimiz rəsmi səfərlə Ankaraya gəlmişdi. Türkiyənin Müdafiə naziri onun şərəfinə şam yeməyi verirdi. Heyətdə bir polkovnik-leytenant (iki ulduz) var idi. Ona rütbəsi ilə hər müraciət edildiyində türk zabitləri təbəssüm edirdilər.

Yemək bitdikdən sonra nazirimizə dedim ki, bu uzunluqda rütbəmi olar:

“Önünə “cənab”ı da əlavə edəndə görün nə qədər uzun olur. Tələffüz edib qurtarana qədər düşmən başımızın üstünü alar ki. Cənab polkovnik-leytenant yaxşı da səslənmir axı”.

Xeyli gülmüşdü general-polkovnik (türklərdə korgeneral) rütbəli nazirimiz. Ertəsi gün dedi ki, tapşırıq vermişəm, nəzərə alacaqlar…

30 ilə yaxın vaxt keçib. Əndrəbadi səslənən rütbələr hələ də dəyişməyib. Yəqin ki, bir gün nəzərə alarlar…

Bir dəfə yazmışdım, yenə təkrar edim:

Teymen leytenantdan;

Yüzbaşı kapıtandan;

Minbaşı mayordan;

Yarbay polkovnik-leytenantdan;

Albay polkovnikdən

min dəfə yaxşı deyilmi?

***

Dəniz qüvvələrindəki rütbələr isə tam bir faciədir. Məsələn, miçman, belə də rütbəmi olar? Və ya dörd pillə leytenant – kiçiyi, sadəsi, başı və kapitanı.

Türk ordusunda Quru Qüvvələri ilə Dəniz qüvvələrindəki rütbələr eynidir, sadəcə Qurudakı general, Dənizdə admiraldır (türkcə – amiral).

Müstəqilliyin ilk illərində milli düşüncəli zabitlərimiz az olduğundan götürüb şimal qonşumuzdan kopyalayıblar, həm də ağına-bozuna baxmadan…

***

Paşa deyəndə ürəyim atlanır – Ənvər Paşa ilə Nuri Paşa gəlir ağlıma…

Hələ bir də Er var, Mehmetçik var. Onlar zatən əfsanə sözlərdir. Qırmızı rəngdədir bu adlar, al qan rəngində…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)