vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
150 il yaşamaq 15:47 | 7 sentyabr 2025 | Bazar Məqaləyə 730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

150 il yaşamaq

Sevincdən Putinin gözlərini parıldadan çıxış

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Vladimir Putin və Si Cinpin Pekində gəzinti zamanı çəkilən bir videoda ölümsüzlükdən danışıblar.

Sinin bu sözləri tərcüməçi rus dilinə tərcümə edir.

Bundan sonra Si nəsə yenə deyir və tərcüməçi rusca belə deyir: “Əvvəllər insanlar 70 yaşına qədər nadir hallarda yaşayırdılar, amma indi 70 yaşında hələ uşaqsan”.

Çinin dövlət televiziyası CCTV sonradan bu videonu yayımdan çıxarmağı tələb edib.

“Reuters” bu tələbə cavabən videonu silib…

Nədir bunun səbəbı?

”Biotexnologiyalar inkişaf edəcək, orqanları dəyişə-dəyişə insanlar getdikcə cavanlaşacaq, hətta ölümsüzlüyə çatacaq. Bu əsrdə 150 ilə qədər yaşamaq şansı var”, – Si Cinpin Putinə deyir…

Mən videonu görməmişəm.

Ancaq görənlər deyirlər ki, Si 150 il yaşamaqdan danışanda Putinin balaca gözləri sevincdən parlayırmış…

Xəbəri oxuyanda Si, üzr istəyirəm, Cin təpəmə vurdu.

Necə yəni, əgər 70 yaşında hələ uşaqsansa, 120-də yəqin yeniyetmə, 150-də isə təcrübəli gənc olacaqsınız.

150 yaşında da gənc olar?

Bəlkə də olar!

Amma Sizin kimi üzsüz, arsız, utanmaz olmaz!!!

Ona görə də, “əziz” və “hörmətli” Putin, zəhmət olmasa, 150 il yaşama, çünki sən yaşasan Dünya yaşamayacaq!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)