Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:07 | 5 aprel 2025 | Şənbə
Məqaləyə 324 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Hərbi Komissiyasının sədr müavini He Veydonqun tədbirə qatılmaması söz-söhbətlərə səbəb olub. Çərşənbə günü paytaxt Pekində keçirilən ağacəkmə mərasimində Çin ordusunun ikinci şəxsinin iştirak etməməsi suallar yaradıb. Hər il orduda yüksək rütbəli hərbçilərin iştirak etdiyi bu tədbir 40 ilə yaxındır keçirilən və yazın gəlişini qeyd edən ənənəvi mərasimdir.
Lakin Xalq Azadlıq Ordusunun iki nömrəlisinin belə mühüm tədbirdə iştirak etməməsi onun ölkə lideri Si Cinpin tərəfindən “hədəf”də ola biləcəyi ilə bağlı şayiələrə səbəb olub.
Onun 2023-cü ildə Si tərəfindən orduda korrupsiya ilə bağlı başlatdığı istintaq çərçivəsində Pekin təcridxanasında saxlanıldığı bildirilir.
Martın 4-dən 11-dək paytaxt Pekində qanunverici orqanın – Çin Xalq Nümayəndələri Konqresinin (ÜXK) və məşvərətçi orqanın – Çin Xalq Siyasi Məşvərət Konfransının (CPPCC) eyni vaxtda plenar iclasları keçirilib. Çində “Lianghui” (İki Sessiya) adlanan görüşlər ölkənin yaxın dövr üçün iqtisadi strategiyasının, daxili və xarici siyasət prioritetlərinin açıqlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
He Veydonq sonuncu dəfə martın 11-də İki Sessiyanın bağlanış mərasimində görülüb. Müdafiə Nazirliyinin sözçüsü Vu Qian martın 27-də bildirib ki, Veydonun saxlanılması ilə bağlı iddialardan “xəbəri yoxdur”.
ÇKP Mərkəzi Komitəsinin Hərbi Komissiyasının Siyasi iş şöbəsinin müdiri Miao Hua da korrupsiya istintaqı çərçivəsində ötən ilin noyabrında saxlanılıb. Bildirilib ki, Miao “ciddi intizam pozuntularına” görə istintaq başladıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
CNN-in hesabatında qeyd olunur ki, He və Miao keçmişdə eyni hərbi hissələrdə xidmət ediblər və Cinpinə yaxındırlar.
Digər tərəfdən, korrupsiya araşdırmaları çərçivəsində keçmiş müdafiə naziri Li Şanqfu və sələfi Vei Fenğe 2023-cü ildə bir müddət yoxa çıxıblar və daha sonra rüşvət almaqda ittiham olunaraq vəzifələrindən uzaqlaşdırıldıqları bildirilib.
Sinqapurdakı S. Rajaratnam Beynəlxalq Tədqiqatlar Məktəbinin Çin ordusu üzrə analitiki Ceyms Çar, “He Veydonq ilə baş verənlər Çində siyasi sistemin Si Cinpin dövründə necə yenidən qurulduğuna nəzər salır. Sistemdə əvəzolunmaz heç kim yoxdur”, – deyib.