Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:54 | 15 may 2026 | Cümə
Məqaləyə 211 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ–Çin rəhbərlərinin görüşündə baş verən maraqlı detallar gün üzünə çıxmaqda davam edir. 14-15 may tarixlərində keçirilən görüşlərdə xeyli yaddaqalan məqamlar olub.
Nəzərə alsaq ki, bu, Donald Trampın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri və Si Cinpinq ilə ilk böyük görüşü idi. Rəsmi açıqlamalarda “stabil münasibətlər”, “əməkdaşlıq” və “dostluq” vurğulansa da, pərdəarxasında tam fərqli mənzərə yaşanıb.
VAXT.AZ xəbər verir ki, “New York Post” və “Daily Beast”in məlumatlarına görə, görüşlər zamanı ciddi xaos, təhlükəsizlik qalmaqalları və protokol böhranları baş verib.
İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Qarışıqlıq zamanı Ağ Evin öncədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və insanların ayaqları altında qalıb. ABŞ tərəfi buna sərt reaksiya verib, otaqda qışqırıqlar yüksəlib. Hadisə zamanı mikrofondan “Get the f*** out of here!” ifadəsi eşidilib. Qadın əməkdaş ağır yaralanmasa da, üzü göyərmiş və başı sarılmış vəziyyətdə olub.
Göy məbəddə tədbiri zamanı Çin təhlükəsizlik qüvvələri ABŞ Məxfi Xidmətinin silahlı agentini içəri buraxmaqdan imtina edib. ABŞ tərəfi isə “agent olmadan jurnalist qrupu içəri girməyəcək” deyərək geri çəkilməyib. Tərəflər arasında təxminən 30 dəqiqə davam edən gərgin mübahisə yaşanıb. Sonda kompromis əldə olunub: başqa bir agent jurnalistləri müşayiət edib, silahlı agent isə kənarda qalıb.
Göy Məbəddən çıxış zamanı yeni qarşıdurma yaranıb. Çin təhlükəsizlik əməkdaşları ABŞ jurnalistlərini prezident karvanına yaxın buraxmaq istəməyib. Bu isə qışqırıqlara və itələşmələrə səbəb olub. Bir Ağ Ev əməkdaşı “Biz gedirik!” deyərək qrupu qabağa itələyib. Çin tərəfi isə fiziki şəkildə qarşılarını kəsməyə çalışıb. ABŞ rəsmilərindən biri vəziyyəti sonradan “tam biabırçı xaos” adlandırıb.
Tramp görüş zamanı tam gözlənilməz addım ataraq 30-a yaxın ABŞ biznesmenini salona gətirib. İlon Mask, Tim Kuk, Yensen Huanq və digər iri şirkət rəhbərləri ayrı-ayrılıqda təqdim olunub və qısa çıxış ediblər. Bu hissə əvvəlcədən planlaşdırılmayıb və Çin tərəfi əvvəlcə açıq şəkildə çaşqın qalıb. Görüşün vaxtı uzanıb, bütün proqram pozulub. Si Cinpinq isə diplomatik şəkildə “bu yaxşı fikir idi” deyərək vəziyyəti yumşaltmağa çalışıb.
Amerikalı jurnalistlər tədbirlər zamanı ciddi məhdudiyyətlərlə qarşılaşıblar. Onlara su verilmədiyi, şəxsi su butulkalarının əllərindən alındığı, uzun müddət isti hava altında saxlanıldıqları və tualetə getmələrinə məhdudiyyət qoyulduğu bildirilir. Bəzi jurnalistlər ayrıca otaqlarda gözlədildiklərini və hərəkətlərinin ciddi nəzarətdə olduğunu deyiblər.
Rəsmi açıqlamalarda iqtisadi əməkdaşlıq vurğulansa da, əsas gərgin mövzu Tayvan olub. Si Cinpinq Tayvanı “ən vacib məsələ” adlandıraraq ABŞ tərəfinə “qarşıdurma riskini” xatırladıb. ABŞ isə açıq eskalasiyadan qaçmağa çalışıb, lakin Vaşinqtondan gələn son açıqlamalarda Çinə dolayı xəbərdarlıqlar edilib. Görüşdə böyük razılaşma əldə olunmayıb.
Sammitdən böyük və tarixi anlaşma çıxmadı. Yalnız kiçik iqtisadi fəaliyyət – ABŞ-yə soya ixracı, “Boeing” sifarişləri, yeni ticarət şuraları, münasibətlərin daha da pisləşməsinin qarşısını almağa yönəlmiş addımlar və s. müzakirə olunub.
Daha bir görüş nəticəsiz bitdi. Yəni ki, İranla müharibə qaçınılmazdır.