vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
İran Azərbaycan sərhədini pozub? 14:02 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Azərbaycan sərhədini pozub?

Fars-molla rejimi üzərimizə güneyli soydaşlarımızdan təşkil edilmiş ordu ilə gəlibmiş

Əziz ƏLİBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hərbçiləri Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə daxil olubmuş. Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.

Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb.

Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

Eyni ilin sentyabrında yaşanan - avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət etməsi fonunda Azərbaycanın Gorus – Qafan yolunu bağlamağı İranla münasibətlərdə ilk demarş kimi tarixə düşdü və Azərbaycan bu addımını İrana nota verməklə də müşayiət etdi. Bu, vəzifənin sona qədər icra edilməsi İranın sərhədimizdə hərbi təlimlər keçirməsinə səbəb oldu.

İran ordusu sabah Zəngilan, Cəbrayıl və Mehri rayonları ilə sərhəddə “Xeybərin Fatehləri” adlı genişmiqyaslı hərbi təlimlərə başladı. (Məlumat üçün bildirək ki, “Xeybər döyüşü” Məhəmməd peyğəmbərin hicrətin 7-cı ilində (628) yəhudilərlə etdiyi və qalib gəldiyi döyüşdür).

Təlimlərdən geridə isə türk əsgərlərinin tutduğu saysız bozqurd işarələri yadda qaldı.

İran Azərbaycanın üzərinə güneyli soydaşlarımızdan təşkil edilmiş ordu ilə gəlibmiş.

Xudafərindən Azərbaycana – Zəngəzurdan Türkiyəyə böyüyən Azərbaycan

Bu gün şanlı ordumuzun Xudafərini düşmən işğalından azad etməsindən iki il ötür.

İki il bizim və bölgənin taleyi üçün çox şeyi dəyişdirib.

Dünyada da iki il əvvəlki siyasi konfiqurasiya yoxdur, beynəlxalq sistem dağılıb, ölkələrdə təlatümlər, çalxalanmlar yaşanır, inqilablar baş verir, müharibələr günbəgün daha qorxunc səviyyəyə qədəm qoyur. Dünya heç vaxt olmadığı qədər öz sonuna – nüvəsi ilə daha da yaxınlaşmaqdadır.

Marksın “Kommunist Partiyasının Manifesti”ndə, hələ 1848-ci ildə yazdığı sözlər yenidən aktuallaşır: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər”.

Doğrudur, indi Avropada nə kommunizm var, nə də Metternbix və Gizo.

Amma Avropa səmsında yağış əvəzinə mərmilər uçuşur, günün simasını buludlar deyil, qəlpələr, raketlər bürüyür, görünməz edir.

Dünya hiss ediləcək qədər bütün ölkələrin iştirak edəcəyi müharibəyə çox yaxındır, sivilizasiya böhran içərisində çabalamaqda, insanlıq tənəzzülə uğramaqdadır.

Amma bu qlobal çöküşə qarşı dayanan bir Azərbaycan modeli var – Bakı özünü xilas etməyə  çalışan ölkələr üçün, mərkəzlər üçün, dünyanın siyasi maqnit qütblərində yer alan güclər üçün müqəddəs kilsə – Vatikan rolunu oynamaqdadır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)