Üç təməl prinsip
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
17:40 | 17 oktyabr 2025 | Cümə
Məqaləyə 2905 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Bildiyimiz kimi bu ilin sentyabrında qonşu Gürcüstanda ən populyar soyadlarının statistikası açıqlanıb. Və bu zaman sürpriz nəticələr ortaya çıxıb.
Belə ki, statistik məlumatlar toplanılan zamanı məlum olub ki, hazırda Gürcüstanda ən geniş yayılmış populyar soyad gürcü yox, məhz Azərbaycan mənşəlidir.
Söhbət “Məmmədov” soyadından gedir.
Öncədən qeyd edim ki, hazırda Gürcüstanda “Məmmədov” və “Məmmədova” kökənli soyadları rəsmi sənədlərdə müxtəlif formalarda (Mamedov, Mammadov, Mamedovi, Mamedova, Mamadova, Mammadova, Mammadovi kimi) qeydiyyata alınır.
Gürcü hökuməti də məhz bu cür süni müxtəliflikdən istifadə edərək Məmmədov soyadlı Gürcüstan vətəndaşlarının sayını qəsdən az göstərmək üçün onları statistik hesabatda iki fərqli soyad kimi (Məmmədov və Məmmədova) təqdim edib. Və beləliklə də Gürcüstanın “Məmmədov” soyadını daşıyan vətəndaşlarının sayı süni surətdə parçalanaraq azaldılıb.
Buyurun, bu da həmin hiyləgər statistik göstəricilər:
1. მამედოვი (Mamedov) - 15330,
2. მამედოვა (Mamedova) - 13642,
3. მამედოვ (Mamedovi) - 1030,
4. მამადოვა (Mamadova) - 5,
5. მამმადოვა (Mammadova) - 191,
6. მამმადოვ (Mammadov) - 93,
7. მამმადოვი (Mammadovi) - 27 nəfər.
Nəticə etibarilə, bu soyadları öz ana dilimizdə - Azərbaycan türkcəsində müvafiq olaraq “Məmmədov” və “Məmmədova” kimi hesablananda məlum olur ki, hazırda Gürcüstanda “Məmmədov” və “Məmmədova” soyadını daşıyanların ümumi sayı 30 min 318 nəfərdir.
Ən populyar gürcü əsilli “Beridze” soyadını daşıyanların sayı isə cəmi 30 min 149 nəfərdir.
Lakin Gürcüstan hökuməti bu fərqi “Beridze” soyadının xeyrinə dəyişmək üçün, yuxarıda da qeyd etdiyim kimi, “Məmmədov” və “Məmmədova” soyadlarını 7 müxtəlif versiyada təqdim edib. Və həmin versiyaların da içindən ikisini (Mamedov – 15330, Mamedova – 13642) seçərək hazırda Gürcüstanda populyar olan soyadlarının ilk 10-luğuna daxil edib, 5 və 7-ci yerlərdə göstərib.
Beləlklə, bu cür (Putin sayağı) hiyləgər “xüsusi əməliyyat” nəticəsində “Beridze” soyadının avtomatik olaraq birinci yerə keçməsi təmin edilib.
Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin ötən gün Birinci Kanalın efirində çıxışının məzmunundan isə belə hiss olunur ki, hazırda bu ölkənin hakim elitasında həm “Məmməd” (Məhəmməd, Muhəmməd) adına, həm də “Məmmədov” soyadına qarşı gizli-açıq fobiya var.
İ.Kobaxidze deyib ki, “Görürsünüz də, miqrasiya prosesləri Avropa İttifaqına hansı problemləri gətirib. Məsələn, ötən ilin göstəricilərinə əsasən, Berlində “Məhəmməd” adı ən çox qoyulan adlardan biri olub. Təsəvvür edirsinizmi, bu, Avropanın əsas paytaxtlarından birində baş verir. Həmçinin, bu gün İngiltərədə də ən çox qoyulan ad “Məhəmməd”dir. Bu, Avropanın başına gələn problemlərin göstəricisidir”.
Bu, açıq-aşkar irqçi və islamofob bir yanaşmadır.
Kobaxidzenin irqçi məntiqindən həm də belə başa düşülür ki, o, paralel olaraq “Məmməd” adını və “Məmmədov” soyadını Gürcüstan üçün də ciddi problem kimi görür.
Hərçənd ki, Avropa ölkələrindəki Məhəmmədlərdən fərqli olaraq Borçalıdakı Məmmədlər və Məmmədovlar gəlmə (miqrant) yox, Gürcüstanın öz yerli, aborigen sakinləridir. Və birdəki, bu məmmədlər, məmmədovlar Avropadakı Məhəmmədlərdən fərqli olaraq ilk növbədə İslam dininin yox, türklüyün daşıyıcılarıdır. “Məmməd” adının artıq çoxdan türkləşdiyi, azərbaycanlılaşdığı bu gün heç kimə sirr deyil. Cənab Kobaxidzenin bu adi həqiqətləri bilməməsi isə heyrətləndiricidir.
P.S. Görünən budur ki, “Məmmədov” məsələsi gürcü dövlətinin ən böyük dərdi imiş...
(Mövzuya qayıdarıq)