Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:55 | 29 may 2026 | Cümə
Məqaləyə 114 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Avrasiya İqtisadi İttifaqı “Rusiya və onun tərəfdaşları” klubuna bənzəyir. Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, “Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq”.
Rusiyalı rəsmilər bu açıqlamanı verərkən, birliyə üzv olan digər dövlətlərin rəyi ilə hesablaşmırlar, onların yerinə də qərar verirlər. Misal üçün bu günə qədər Avrasiya İqtisadi İttifaqına üzv olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına “üzvlükdən çıxararıq” tipli açıqlamalar verilməyib. Buna baxmayaraq, bu dövlətlərin rəsmiləri rusiyalı rəsmilərin açıqlamalarına tərs düşən fikir də bildirmirlər. Bunun nəticəsidir ki, Astanada Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib. Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib. Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər. Aydındır ki, Rusiya Ermənistanla bağlı qərarını o biri üzvlərə qəbul etdirib.
Avropa İttifaqı sözdə yox əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək. Vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə, Kreml tərəfindən cəzalandırıldı. İndi Ermənistan hökuməti hədəfdədir. İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirmək azdır, Brüssel Rusiyanın baş nazir Nikol Paşinyana artan təzyiqləri neytrallaşdırmaq barədə düşünməlidir. Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, üstəgəl Ermənistanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub. Avropa İttifaqı öz bazarını Ermənistan kənd təssərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilərmi? Bu baş verməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək.