İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:29 | 27 iyun 2025 | Cümə
Məqaləyə 302 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu mürəkkəb vəziyyətdədirlər. Onlar İranla 12 günlük müharibə nəticəsində nə qədər “zərbələr nəticəsində İranın uranı zənginləşdirmə mərkəzləri məhv edildi” desələr də, bunu sübut edəcək faktları yoxdur.
İşləri korlayan Pentaqondan adının çəkilməsini istəməyən mənbənin İranın uranı zənginləşdirən mərkəzlərinin böyük zərər görməməsi barədə mətbuata ötürdüyü məlumat olub. Bu məlumat Donald Trampı hövsələdən çıxarıb. Çünki həmin xəbər Trampın qələbə eyforiyasını heçə endirib. Buna görə də Trampın təlimatı ilə müdafiə naziri və baş qərargah rəisi Vaşinqtonda birgə mətbuat konfransı keçiriblər. Ancaq həmin konfransda da jurnalistlərin sualları cavabsız qalıb, İranın uranı zənginləşdirən mərkəzlərinin dağıdıldığını sübut edən faktlar və ya görüntülər ortaya qoyulmayıb. İsrailin baş naziri Benyamin Netanyahu da eyni vəziyyətdədir. O Tramp kimi məsələyə nöqtə qoyulduğunu bildirib. Ancaq İsraildə də İranın daha uranı zənginləşdirməyəcəyinə dair şübhələr var. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi baş direktoru Rafael Qrossinin İranın uranı yenidən zənginləşdirə biləcəyi haqqında açıqlaması şübhələri artırıb.
Bu arada, Tehran da siyasəti dəyişməyə başlayıb. Başda ali dini lider Əli Xameneyi olmaqla İran rəsmiləri və generalları 12 günlük müharibədən sonra belə bəyanatlar verdilər ki, İsrail və ABŞ İranın uranı zənginləşdirən mərkəzlərinə elə ciddi zərər vura bilməyiblər. Ancaq daha sonra Tehrandan fərqli açıqlamalar gəlməyə başlayıb. İran xarici işlər naziri Abbas Araqçı ABŞ-ın nüvə obyektlərinə zərbələrinin geniş və ciddi ziyan vurduğunu vurğulayıb. Eyni səpgili açıqlamaları aşağı ranqlı digər iranlı diplomatlar da səsləndirib. Bu, Tehranın taktiki gedişidir. Çünki, İran rəsmiləri hər dəfə “zərbələr nüvə obyektlərinə zərər vurmayıb” desələr, bu Trampı və Netanyahunu gələcəkdə İrana yeni zərbələrə həvəsləndirə bilər. Bu isə İran rejimini növbəti sınaqla üz-üzə qoyacaq. Ona görə də Tehrandan Trampın və Netanyahunun nüvə obyektlərinin dağıdılması barədə fikirlərini təsdiq edəcək açıqlamaların sayı arta bilər. Zərbələr nəticəsində uranı zənginləşdirən mərkəzlərin real vəziyyətini isə İranda çox dar çərçivə bilir.