Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:29 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 364 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikir təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”. Kreml sahibi bu günə qədər o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Pilotsuz uçuş aparatları (PUA) Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya PUA-ları isə cəbhə bölgəsindən min kilometrlərlə məsafə qət ediblər.
Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya PUA-ları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlandiyanın hava sahəsində də görünəcək.