vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
“HƏMAS”ın iki yolu var 11:57 | 30 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“HƏMAS”ın iki yolu var

Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması məqsədilə irəli sürdüyü həll planı beynəlxalq aləmdə müsbət qarşılanıb. 20 maddəlik planda “HƏMAS” qruplaşmasının israilli girovları azad etməsi müqabilində İsrailin hərbi əməliyyatı dayandıracağı yazılıb. Öz növbəsində İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini azad edəcək. Ayrıca, “HƏMAS” üzvlərinə amnistiya tətbiq ediləcək, bir şərtlə ki, onlar silahlarını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidən bərpası və təhlükəsizlik məsələləri həll olunacaq. Qəzzanın idarəetməsi xüsusi yaradılmış komitəyə həvalə ediləcək. Həmin komitə bələdiyyələr və komunal xidmətlər formalaşdıracaq. Qəzzanın təhlükəsizliyi beynəlxalq sabitlik qüvvələrinə həvalə ediləcək. Onlar Qəzzada xidmət edəcək polis qüvvələrinin təlimi ilə məşğul olacaq. Plan işə düşən kimi Qəzzaya hərtərəfli humanitar yardımlar daxil olmağa başlanacaq. Buna baxmayaraq, planda İsraillə yanaşı Fələstin dövlətinin formalaşması bəndi qeyri-müəyyəndir. Əsas olan mülki insanların qətlini dayandırmaq və sülh prosesinin, o cümlədən bölgənin bərpasının başlanılmasıdır.

Ağ Evdə Donald Trampla görüşən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin planını dəstəklədiyini bildirib. Bəs “HƏMAS” planı qəbul etməsə nə baş verəcək? Bu halda İsrail təkbaşına planın icrasını həyata keçirəcək. Bu isə o deməkdir ki, İsrail “HƏMAS” neytrallaşdırana qədər hərbi əməliyyatı davam etdirəcək və bu halda Vaşinqton Tel-Əviv dəstəkləyəcək. Yəni “HƏMAS” seçim etməlidir: Ya Vaşinqtonun planını qəbul edir, bu halda müharibə dayanır, insanlar humanitar yardımlar alır və bölgənin yenidən qurulması prosesinə start verilir, ancaq qruplaşma tərksilah olur, ya da plandan imtina edilir, bu halda müharibə və mülki insanların ölümü davam edir. Vaşinqton “HƏMAS”ın tərksilah olunmasında ərəb ölkələrinin, o cümlədən Misir və Qətərin səylərinə ümid edir. Bu iki ölkənin “HƏMAS” qruplaşmasına təsir imkanları mövcuddur. 

Ölkələrin mütləq əksəriyyəti Vaşinqtonun planını dəstəkləyib. Bu sırada Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İordaniya və Hindistanın adını çəkmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın planını bu sözlərlə dəstəkləyib: “Qəzzada qan axınının dayanması və atəşkəsin təmin olunması üçün ABŞ Prezidenti cənab Trampın göstərdiyi səyləri və liderliyini yüksək qiymətləndirirəm. Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı bir sülhün bərqərar olması üçün Türkiyə olaraq biz də prosesə töhfə verməyə davam edəcəyik”. Hindistanın baş naziri Narendra Modi Trampın sülh planının bütövlükdə Yaxış Şərqin təhlükəsizliyinə və rifahına yol açacağını bildirib. “Ümid edirik ki, bütün maraqları tərəflər Trampın planı ətrafında birləşəcək” deyən Modi bunun İsrail və Fələstin xalqları üçün faydalı olacağına inandığını söyləyib. Biz sözlə Trampın planı əleyhinə çıxan yoxdur.

Donald Tramp Benyamin Netaynahu ilə birgə keçirdiyi mətbuat konfransında İranın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulmasını istisna etmədiyini bildirib. Ağ Ev sahibi  Vaşinqtonun İranla münasibətlərinin bərpası ümidini bu şəkildə izah edib: “Və kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula biləcək. Mən həqiqətən onun iştirakçı ola biləcəyinə inanıram”.

İranda mövcud idarəetmə sistemi İsraillə diplomatik münasibətlərin bərpasını istisna edir. Trampın Qəzza planının reallaşması ehtimalı daha yüksəkdir, nəinki İranın İsraillə münasibətlər qurması. Tramp Qəzzadakı qətliamı durdurarsa və hazırladığı plan işə düşərsə, Ağ Ev sahibi Nobel Sülh Mükafatını haqq edəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)