Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:44 | 25 iyul 2025 | Cümə
Məqaləyə 1281 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Vaşinqton administrasiyası Fransa Prezidenti Emmanuel Makronun sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planına sərt reaksiya verib. ABŞ Dövlət katibi Marko Rubio bu təşəbbüsü “ehtiyatsız bir qərar” adlandıraraq, açıq şəkildə Fransa və ümumilikdə Avropa Birliyinə mesaj göndərib: Qəzza üzərində diplomatik nəzarət və istiqamətləndirmə hüququ ABŞ-a aiddir.
Makronun ötən gün verdiyi açıqlamada Fransa hökumətinin Fələstin dövlətini tanımaqla Yaxın Şərqdə sülh prosesinə töhfə verəcəyini deməsi Vaşinqtonda narazılıqla qarşılanıb. Rubio sosial şəbəkə hesabında paylaşdığı bəyanatda qeyd edib ki, “Bu məsuliyyətsiz qərar yalnız “HƏMAS”ın təbliğatına xidmət edir və sülhü əngəlləyir.”
ABŞ Qəzza kartını əlində saxlamaq istəyir
ABŞ-ın reaksiyası təkcə siyasi ritorikadan ibarət deyil. Son aylarda Vaşinqtonun Qəzzada hərbi, iqtisadi və diplomatik təsirini artırmaq üçün bir sıra regional güclərlə – Misir, İordaniya, İsrail və Qətər vasitəsilə – paralel danışıqlar apardığı məlumdur. Fransa kimi Avropa güclərinin bu prosesi pozacağı düşüncəsi isə ABŞ-da ciddi narahatlıq doğurur.
Makronun bəyanatı, əslində, Avropanın, xüsusilə də Fransanın Yaxın Şərqdə daha müstəqil siyasət yürütmək cəhdlərinin bir nümunəsidir. Lakin ABŞ buna sərt cavab verərək bildirmək istəyir ki, Fələstin məsələsi, xüsusən də Qəzza bölgəsinin gələcək statusu və beynəlxalq hüquqi tanınması yalnız ABŞ-ın nəzarətində və təşəbbüsü ilə həll olunmalıdır.
Makronun planı Qərbdə də parçalanma yaradıb
Qeyd edək ki, Fransa bu istiqamətdə tək deyil. İspaniya, İrlandiya və Norveç kimi ölkələr artıq Fələstin dövlətini tanıyıblar. Lakin bu tanıma addımlarının ABŞ-la ziddiyyət təşkil etməsi və NATO daxilində müəyyən diplomatik zolaqları aşması, Vaşinqtonun Avropaya təzyiqlərini daha da artıracağı ehtimalını gücləndirir.
ABŞ Dövlət katibinin təkcə Makronun siyasi ritorikasına deyil, bütövlükdə Avropa ölkələrinin Yaxın Şərqdəki manevr imkanlarına qarşı sərhəd çəkən bu çıxışı, Qəzzanın bundan sonra da Vaşinqtonun qlobal siyasi dizaynında əsas qovşaq kimi qalacağının göstəricisidir.