vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
Gənclərdə psixoloji böhran 10:54 | 21 oktyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənclərdə psixoloji böhran

Avropada pandemiya təsiri davam edir

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada uşaqlar və gənclər “COVID-19” pandemiyasının üzərindən illər keçməsinə baxmayaraq hələ də ciddi psixoloji və sosial çətinliklərlə üzləşirlər.

Vaxt.AZ xəbər verir ki, “Diakonie Sachsen” sosial yardım təşkilatının son hesabatına görə, gənc əhali arasında psixi narahatlıqlar, depressiya və sosial təcrid kimi problemlər diqqət çəkəcək səviyyəyə çatıb.

Ekspertlər bildirirlər ki, pandemiya dövründə tətbiq olunan uzunmüddətli məhdudiyyətlər uşaqların ruh sağlamlığını qalıcı şəkildə təsir edib. Xüsusilə 10–16 yaş arası gənclərdə psixiatriya diaqnozlarının sayında artım müşahidə olunub.

Sosial qarşılıqlı əlaqənin azalması, ailədaxili stressin artması və təhsildə kəsintilər bu problemin əsas səbəbləri arasında göstərilir.

Məktəblərin bağlanması və onlayn təhsilin yetərsizliyi yalnız akademik uğuru deyil, həm də gənclərin özünə inamını, ünsiyyət bacarıqlarını və gündəlik həyat qabiliyyətlərini mənfi təsir edib.

Pandemiyadan bu yana bir çox gənc məktəbdə əvvəlki qaydaya uyğunlaşmaqda çətinlik çəkir, bəziləri isə tamamilə cəmiyyətdən kənarda qalmış vəziyyətdədir.

“Diakonie Sachsen” yaydığı açıqlamada siyasi qərar qəbul edənlərə açıq çağırış edib: “Gənclərin yaşadığı problemlərə artıq biganə qalmaq olmaz. Onların təcrübələri nəzərə alınmalı və siyasətdə prioritet halına gətirilməlidir”.

Sosial xidmət mütəxəssisləri, bu nəslin uzunmüddətli itkilər yaşamaması üçün dərhal tədbir görülməsinin vacibliyini vurğulayır.