
Xərçəngdə cığır açacaq yenilik
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Ekspertlər peyvənd çağırışı edir
Milyardlıq investisiya qərarı
“Çikunguya” virusu geri döndü, Honq Konqda “sineklərə qarşı müharibə” başladı
“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır
Dünya yeni epidemiyaya hazırlaşır
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
Almaniyada yay tətilinin bitməsi və payızın yaxınlaşması ilə birlikdə “COVİD-19” hadisələrində yenidən artım müşahidə olunur. Bu artımın arxasında “Stratus” adlı yeni bir variant dayanır. “Robert Koch” İnstitutunun (RKI) həftəlik hesabatına görə, “SARS-CoV-2” fəaliyyəti son həftələrdə yenidən yüksəlib. “Stratus”, “LF.7” və “LP.8.1.2” adlı iki “Omikron” variantının birləşməsindən yaranan rekombinasiya olub, hazırda Almaniyadakı yoluxmaların 65%-ində tapılıb.
Dünya Səhiyyə Təşkilatına (DST) görə, “Stratus” variantı, “spike” zülallarındakı müəyyən mutasiyalar sayəsində immunitet sistemindən qaçmada əvvəlki variantlara nisbətən daha effektiv ola bilər. İyul ayında Cənub-Şərqi Asiyada sürətlə yayılan Stratus, qısa müddətdə Almaniya daxil olmaqla Avropanın böyük hissəsinə çatıb. DST məlumatına görə, dünya üzrə aşkarlanan hadisələrin 66%-ində artıq bu variant dominantdır.
Mütəxəssislər bildirir ki, “Stratus”un daha ağır xəstəlik yaratdığına dair sübut yoxdur və ictimai səhiyyə baxımından hazırda böyük təhdid təşkil etmir. Lakin yoluxanlar ciddi boğaz ağrısı, səsdə xırıltı və “ülgüc kimi yandıran” boğaz hissi yaşayır. Bundan əlavə, yüksək hərarət, quru öskürək, halsızlıq, boğaz ağrısı və ishal kimi klassik simptomlar da tez-tez görülür.
Koronavirusu qrip və ya soyuqdəymədən ayırmaq istəyənlər üçün antigen sürətli testlər hələ də effektivdir. Həm “Stratus”, həm də əvvəlki dominant variant “Nimbus”, “Omikron” ailəsinə aid olduğu üçün bu testlərin etibarlılığı qorunur. Müsbət test nəticəsi olduqda artıq izolasiya və ya karantin tələb olunmur; tövsiyə olunan yeganə şey evdə istirahət etməkdir.
Almaniyadakı Daimi Peyvənd Komissiyası (Stiko) 60 yaşdan yuxarı şəxslərə, xroniki xəstəliyi olanlara və səhiyyə işçilərinə payızda təkrar doza vurulmasını tövsiyə edir. Son yoluxma və ya peyvənddən ən azı 12 ay keçmiş olmalıdır. Mütəxəssislər vurğulayır ki, mövcud “COVİD-19” peyvəndləri “Stratus” və “Nimbus” variantlarına qarşı ağır xəstəlik riskini azaltmaqda təsirlidir.