vaxtlı-vaxtında oxuyun! Cümə, 17 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
“COVİD-19” Avropada xortladı 12:09 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 2071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“COVİD-19” Avropada xortladı

Ekspertlər peyvənd çağırışı edir

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada “COVİD-19” səbəbindən təcili yardım xidmətlərinə müraciətlər xüsusilə 75 yaş və üzərində yenidən artım göstərir. Səhiyyə orqanları yeni NB.1.8.1 variantının yayılmasına diqqət çəkərək risk qruplarını peyvənd olunmağa çağırıb.

Fransa Səhiyyə orqanı ("Santé publique France"), 18-24 avqust tarixində “COVİD-19” səbəbindən təcili yardıma müraciət edənlərin sayında artım olduğunu açıqlayıb. Ən diqqətçəkən artım 75 yaş və üzərindəki xəstələrdə %18 səviyyəsində qeydə alınıb. Bu dövrdə 37 əlavə yoluxma baş verib.

Ekspertlərin fikrincə, “COVİD-19” artıq keçmiş illərdəki dağıdıcı dalğaları yaratmasa da, yaşlılar və həssas qruplar üçün hələ də ciddi təhlükə olaraq qalır.

Yanvar ayından bəri Asiyada güclü şəkildə müşahidə olunan “NB.1.8.1” variantı, Avropada da təsbit edilib və getdikcə yayılır. Ekspertlər xəbərdarlıq edir ki, bu variant qısa müddətdə dominant ola bilər.

Fransız Milli Tibb Akademiyası xüsusilə aşağıdakı qrupların dərhal illik təkrar peyvənd olunmasını tövsiyə edib:

 

80 yaş və üzərində olanlar

İmmuniteti zəif olanlar

Qocalar evlərinin sakinləri

Uzunmüddətli baxım müəssisələrində qalanlar

 

“COVİD-19”un yayılması yalnız xəstəxana müraciətlərində deyil, atıq su analizlərində də artım tendensiyası göstərir. Son bir ayda yoluxma səviyyələrinin yüksəldiyi qeyd olunub.

Fransada “COVİD-19” hələ tamamilə bitməyib. Ekspertlər bildirirlər ki, xüsusilə risk qruplarındakı şəxslər qorunmağa davam etməli və yeni variantın təsirləri qarşıdakı aylarda daha aydın görünəcək.