vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜBHƏM  
Savaşı durduran uçaq 11:41 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Savaşı durduran uçaq

II Dünya müharibəsinin ən bahalı silahı

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ tərəfindən inkişaf etdirilən “B-29”, bugünkü dəyəri ilə 55,6 milyard dollar olaraq tarixin ən bahalı təyyarəsi oldu. Bu inqilabi bombardman təyyarəsi həm atom bombalarını daşıdı, həm də müasir aviasiyanın gələcəyini dəyişdirdi.

ABŞ, 1940-cı ildə hələ II Dünya müharibəsinə rəsmi olaraq girməmişdi. Lakin müharibənin getdikcə böyüyən kölgəsi, Amerikan Hərbi Hava Qüvvələrini “super bombardman təyyarəsi” axtarışına yönəltdi.

İstənilən təyyarə, 3.200 kilometr məsafəni qət edə biləcək və o vaxta qədər çatılmamış irtifalarda uça biləcəkdi.

“Boeing” tərəfindən hazırlanmış “XB-29” bu ehtiyaca cavab verdi. Dörd il davam edən inkişaf prosesi sonunda ortaya çıxan “B-29 Superfortress”, yalnız müharibənin deyil, həm də aviasiya tarixinin taleyini dəyişdirdi.

 

Dövrün ən bahalı layihəsi

 

“B-29”, dövrün ən bahalı hərbi təşəbbüsü oldu. 55,6 milyard dollarlıq bugünkü qarşılığı ilə layihə, atom bombası istehsal edən “Manhattan Project”dən belə 50% daha baha başa gəldi.

30.000 fut hündürlükdə uça bilməsi üçün təyyarədə havanın normal saxlanması sistemi inkişaf etdirildi. Bu sayədə ekipaj oksigen maskası və ya ağır uçuş geyimləri olmadan vəzifəsini yerinə yetirə bilirdi. “B-29”, dünyada seriyalı istehsal edilən ilk oksigen sistemli təyyarə oldu.

 

Uzaqdan idarə olunan silahlar

 

Başqa bir inqilabi yenilik isə uzaqdan idarə olunan pulemyot qüllələri idi. Radar dəstəklənmiş nişangah sistemi, mərminin istilik və düşmə sürətini hesablayaraq atış həyata keçirir, lazım gəldikdə baş topçu bütün qüllələrin kontrolunu ələ ala bilirdi.

Təyyarənin “ürəyi” “Wright R-3350 Duplex Cyclone” motorları idi. Lakin bu güclü motorlar çox qızdığı üçün tez-tez yanırdı.

1943-cü ildə bir prototip test uçuşunda baş verən yanğın Sietl yaxınlığında təyyarənin düşməsinə səbəb oldu; 11 ekipaj üzvü və 20 zavod işçisi həlak oldu.

“B-29”-un istehsalı üçün ABŞ-ın dörd bir yanında nəhəng zavodlar quruldu. Yüz minlərlə yeni işçi işə götürüldü, çoxu həyatında ilk dəfə təyyarə montajında iştirak etdi.

1944-cü ildə general Hap Arnold, “Wichita”dakı zavodu ziyarət edərək iki ay içində 175 təyyarə istədi. Lakin zavoddan tək bir “B-29” belə çıxmadı.

Bütün çətinliklərə baxmayaraq “B-29” qısa müddətdə göylərə hökm sürdü. 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarını daşıyan təyyarə olaraq tarixə keçdi. Ardınca inkişaf etdirdiyi texnologiyalar müharibə sonrası sərnişin təyyarələrinin yolunu açdı və müasir hava nəqliyyatının əsasını qoydu.