vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Əfqanıstanda 6 bal gücündə zəlzələ 11:29 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 1159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfqanıstanda 6 bal gücündə zəlzələ

Ən azı 500 ölü, 1000 nəfər yaralı var

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfqanıstanda baş verən 6 bal gücündə zəlzələdə 500 nəfər həyatını itirib, 1.000 nəfər isə yaralanıb.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS), 6,0 bal gücündə zəlzələnin mərkəzinin ölkənin Pakistan sərhədinə yaxın Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində yerləşdiyini açıqlayıb.

Zəlzələdə təxminən 500 nəfər həlak olub, 1.000 nəfər yaralanıb.

Əfqanıstan İnformasiya Nazirliyi rəsmiləri ölü sayının artmaqda olduğunu bildiriblər.

Pakistan-Əfqanıstan sərhədinə yaxın bir nöqtədə baş verən zəlzələ Pakistanın paytaxtı İslamabadda da hiss olunub.

Taliban hökuməti “X” sosial media platformasında etdiyi açıqlamada zəlzələnin “şərq vilayətlərinin bir neçəsində insan və mal itkisinə səbəb olduğunu” bildirib.

Açıqlamada əlavə olunub: “Yerli rəsmilər və xalq hazırda təsirlənmiş şəxslər üçün xilasetmə işlərinə qoşulub. Mərkəzdən və yaxın vilayətlərdən dəstək qrupları yola çıxıb”.