vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 24 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Cənubi Amerikada 7.5 bal gücündə zəlzələ 11:29 | 22 avqust 2025 | Cümə Məqaləyə 1385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənubi Amerikada 7.5 bal gücündə zəlzələ

Sunami xəbərdarlığı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Çili sahilləri yaxınlığındakı Drake boğazı bölgəsində 7.5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ardından 3 saat ərzində dəniz kənarına sunami dalğalarının çatacağı gözlənilir.

Şili donanmasının hidroqrafiya və okeanoqrafiya xidməti (SHOA) ölkənin Antarktika bölgəsi üçün sunami həyəcanı verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) ilkin olaraq zəlzələnin gücünü 8 bal olaraq açıqlasa da, daha sonra məlumatları yeniləyərək 7.5 bal və 11 km dərinlikdə baş verdiyini bildirdi.

Zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub. SHOA sahil bölgələrində təhlükəsizlik məqsədilə çimərliklər, qayalıq sahələr, çay mənbələri, yollar, limanlar və portların boşaldılmasını əmr edib.

Sunami dalğalarının yaxın saatlarda Şili sahillərinə çatacağı ehtimalı yüksəkdir və sakinlərdən ehtiyatlı olmaları tələb olunur.