
Əfqanıstanda 6 bal gücündə zəlzələ
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Sunami xəbərdarlığı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Türkiyə zəlzələ dağıntı riskini azaltmaq üçün nə edir?
6,1 bal gücündəki təkanların sosial təsirləri
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Kraşeninnikov vulkanı 600 ildən sonra yenidən püskürdü
Zəlzələ sonrası iqtisadi təlatüm: fəlakətlərin izi rəqəmlərdə
Sunami həyəcanı elan edildi
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
30 iyul tarixində Rusiyanın Kamçatka yarımadasında qeydə alınan 8,8 bal gücündə zəlzələ bölgədə seysmoloji tarixə düşüb. Bu, indiyədək qeydə alınmış ən güclü altıncı zəlzələ kimi qiymətləndirilir.
Güclü təkanlar nəticəsində yaranan dağıdıcı enerji “Sakit okean” hövzəsində – xüsusilə Çili və ABŞ-ın qərb sahillərində sunami xəbərdarlıqlarına səbəb olub.
“Rusiyada yer dəyişdi”
Zəlzələnin ardından “Rusiya Elmlər Akademiyası”nın mütəxəssisləri Kamçatka yarımadasının materikdən təxminən 2 metr cənub-şərqə doğru sürüşdüyünü müəyyən ediblər. Bu yerdəyişmə əsasən yarımadanın cənub ucuna yaxın ərazilərdə müşahidə olunub.
Akademiyanın yaydığı açıqlamada bildirilir: “30 iyul zəlzələsindən sonra aparılan jeodinamik müşahidələrə əsasən müəyyən etdik ki, hamımız kifayət qədər nəzərəçarpacaq şəkildə cənub-şərqə sürüşmüşük”.
Plitələr niyə sürüşür?
Adətən tektonik plitələr ildə təxminən 1,5 sm hərəkət etsə də, bu proses daim və sabit olmur. Kamçatka kimi aktiv zonalarda plitələr bir-birinə kilidlənərək illərlə yerdəyişmədən qalır. Zamanla yığılan gərginlik kəskin şəkildə açığa çıxaraq zəlzələyə səbəb olur. Bu fenomen “elastik geri sıçrayış” adlanır.
Bu proses zamanı yer qabığında yaranan enerji sərbəst buraxılır və plitələr bir anda bir neçə metr hərəkət edə bilər. Bu yerdəyişmə zəlzələdən sonra da günlərlə, bəzən həftələrlə davam edə bilər.
Zəlzələnin ardınca vulkan püskürməsi
Alimlərin fikrincə, Kamçatkadakı əsas zəlzələnin ardınca qeydə alınan seysmik aktivlik bölgədə iki vulkan püskürməsini də sürətləndirmiş ola bilər.
Yarımada “Sakit okean Atəş Halqası” adlanan seysmik fəallıq zonasının üzərində yerləşir. Bu halqa boyu 425-dən çox aktiv vulkan mövcuddur, onların 22-si məhz Kamçatkadadır.