Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
10:46 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 384 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun partiyası PAS 50% səs alaraq parlament çoxluğunu qorudu.
PAS 101 millət vəkilindən ibarət parlamentdə 55 mandata sahib olacaq və yeni hökuməti təkbaşına formalaşdıracaq.
Rusiyanın yaratdığı, keçmiş prezidentlər Voronin və Dodonun, eləcə də qaqauzların sabiq lideri İrina Vlahın rəhbərlik etdiyi Sosialistlərin, Kommunistlərin Vətənpərvər Seçki Bloku cəmi 24% səs toplayaraq Kremlin ona bağladığı ümidləri doğrultmadı.
Bu nəticələr şübhəsiz ki, M.Sandunun aqressiv rus imperializmi üzərində zəfəridir. Bu zərif və sadə qadın son illər, xüsusən qonşu Ukraynada müharibə başladıqdan sonra Rusiyanın aramsız təzyiqlərinə, hibrid savaş taktikalarına sinə gərib, bütün təxribatları boşa çıxarmağı bacara bildi. Nədən ibarət idi bu təzyiqlər və təxribatlar? Enerji şantajı, ənənəvi Dnestr və qaqauz separatizmi, sosial-iqtisadi çətinliklər bəhanə edilərək davamlı etiraz aksiyalarının təşkili və ölkədə xaos yaratma cəhdləri, bank oğrusu (məşhur 1 milyard dollarlıq oğurluğun müəllifi), iş adamı, İsrail tərəfindən də himayə olunan mühacir siyasətçi İlon Şor vasitəsilə seçicilərin pulla ələ alınması üçün şəbəkələr qurulması, Serbiyada təlim görmüş təxribatçı dəstələrin Moldovaya göndərilməsi və s...
Avropa liderləri də başları daşdan daşa dəydikdən sonra nəhayət ki, kreslolarından qalxıb real iş görməyə özlərində güc taparaq Maya Sanduya dəstək verdilər. Çünki Moldova məsələsi artıq Avropanın təhlükəsizliyinə təsir edən bir faktora çevrilmişdi. Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı - özü də strateji əhəmiyyəti misilsiz olan Odessa istiqamətində - yeni bir cəbhə açıla bilərdi. Seçki ərəfəsində iki dəfə Moldovaya səfər edən Aİ rəhbərliyi, Fransa və Almaniya liderləri Moldovanın Avropa Birliyinə qəbul olunacağına dair aydın və birmənalı mesajar verdilər. Əhali də gördü ki, Sandunun onlara təqdim etdiyi Avropa vizyonu illüzor bir perspektiv yox, gerçəklikdir. Nəticədə xalq ölkəni keçmişin qaranlığına qaytarmaq istəyənlərə yox, işıqlı gələcəyə aparmaq vədi verənlərə dəstək oldu.
Şübhəsiz ki, burada Moldova diasporasının rolunu ayrıca qeyd etmək lazımdır. Avropada yaşayan və çalışan moldovalılar növbəti dəfə ölkələrinə sahib çıxaraq seçkinin nəticəsinə ciddi təsir göstərdilər. Diasporanın səsləri olmasaydı, PAS ölkə içərisində 1-ci olsa belə, parlamentdə çoxluq yarada bilməyəcəkdi.
Yeni dönəmdə M.Sandunun prioritet vəzifələri dövlət quruculuğunu və AB-yə inteqrasiyanı uğurla başa çatdırmaq (Sandudan əvvəl Moldova dövlətçiliyi sadəcə kağız üzərində idi); ölkənin enerji müstəqilliyini tam təmin etmək; yoxsulluğu aradan qaldırmaq; Dnestr və qaqauz separatizmini bitirməyə çalışmaq olacaq.