Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:50 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 471 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın Miçiqan ştatında Mormon kilsəsinə hücum edilib. Polis bildirib ki, hücum edən şəxs, keçmiş dəniz piyadası olduğu müəyyən edilən, öldürülüb. Hücumdan əvvəl partlayış səsləri eşidilib və kilsə binası ciddi şəkildə alovlanıb. Hücum zamanı 4 nəfər ölüb, ən azı 9 nəfər yaralanıb.
Miçiqanın Qrand Blank şəhərində yerləşən “İsa Məsihin son günləri” kilsəsində (“The Church of Jesus Christ of Latter-day Saints”) baş verən silahlı hücumda ilkin məlumatlara görə, 4 nəfər ölüb, 9 nəfərdən çox insan yaralanıb və kilsədə yanğın baş verib.
Rəsmi şəxslər bildiriblər ki, hücumçu mərasim zamanı avtomobili ilə kilsəyə çırpılıb, daha sonra içəridəki insanlara atəş açmağa başlayıb. Cinayətkar vurularaq öldürülüb. Rəsmi məlumatlara görə, hücum edən şəxs kilsəni yandırıb. Yanğın qısa müddətdə güclənib. Kilsəyə yanğın söndürüldükdən sonra daxil olmaq mümkün olacaq. Bu zaman ölən və yaralananların sayının artması ehtimalı var.
ABŞ rəsmiləri cinayətkarın 40 yaşlı Tomas Ceykob Sanford adlı şəxs olduğunu açıqlayıb. Polis rəsmisi Uilyam Renye bildirib ki, keçmiş dəniz piyadası olan Sanford, iki ABŞ bayrağı asılmış pikapla kilsəyə gəldikdən sonra avtomobildən enib atəş açmağa başlayıb. Hücumçunun şəhərə yaxın bir qəsəbədə yaşadığı qeyd olunur. Hücumun səbəbi isə araşdırılır.
***
ABŞ Prezidenti Donald Tramp kilsəyə hücum barədə məlumatlandırıldığını bildirərək, “Dərhal hadisə yerinə çatan FTB federal istintaq aparacaq və ştat və yerli hakimiyyət orqanlarına tam dəstək verəcək. Şübhəli öldürülüb, amma öyrənilməli çox şey var. Bu, ABŞ-dakı xristianlara qarşı daha bir hədəfli hücum kimi görünür. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal sona çatmalıdır”.
ABŞ Ədliyyə Naziri Pam Bondi hücum barədə məlumatlı olduğunu qeyd edib və FTB ilə ATF-nin yerli hakimiyyət orqanlarına istintaqda kömək edəcəyini bildirib. Bondi, “İbadət yerlərində baş verən belə zorakılıq hadisələri ürəyi parçalayan və dəhşətlidir. Zəhmət olmasa, bu dəhşətli faciənin qurbanları üçün mənimlə birlikdə dua edin”, – deyib.
FTB Direktoru Kaş Patel isə büronun yerli hakimiyyət orqanlarına kömək edəcəyini təsdiqləyib: “İbadət yerində baş verən zorakılıq, qorxaq bir hərəkətdir. Bu dəhşətli faciə zamanı qurbanlar və onların ailələri üçün dua edirik”.