
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Hindistan, ABŞ Prezidenti Donald Trampın Yeni Dehliyə tətbiq olunan tarifləri “əhəmiyyətli dərəcədə” artıracağını bildirməsinin ardından, Vaşinqtonun Rusiya–Ukrayna müharibəsinin ilk günlərində Hindistanın Rusiyadan neft idxalını təşviq etdiyini bəyan edib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval (Randhir Jaiswal), Trampın Hindistan hökumətinə qarşı tariflərin artırılacağını açıqlamasından sonra “X” platformasında (keçmiş “Twitter”) yazılı açıqlama yayıb.
Randhir Caysval bildirib ki, “Hindistan, Ukrayna müharibəsinin başlamasından sonra Rusiyadan neft idxal etdiyinə görə ABŞ və Avropa İttifaqı tərəfindən hədəf alındı. Əslində isə müharibə başlayanda ənənəvi neft mənbələrinin Avropaya yönəldilməsi səbəbilə Hindistan alternativ olaraq Rusiyadan idxala başlamışdı”.
O, ABŞ-ın bu dövrdə qlobal enerji bazarlarında sabitliyi möhkəmləndirməyə çalışdığını qeyd edərək, məhz buna görə də Vaşinqtonun Hindistanın “belə bir idxalı aktiv şəkildə həyata keçirməsini təşviq etdiyini” iddia edib.
Caysval əlavə edib ki, Hindistanın bu addımı daxili bazarda istehlakçılara “proqnozlaşdırıla bilən və əlçatan enerji xərcləri təmin etmək” məqsədi daşıyır:
“Bu, qlobal bazar reallıqlarının məcbur etdiyi bir zərurət idi. Maraqlıdır ki, Hindistanı tənqid edən ölkələrin özü də Rusiya ilə ticarət aparır. Amma bizim vəziyyətimizdən fərqli olaraq, onların bu ticarət əlaqələri həyati xarakter daşımır”.
“Avropa Birliyi daha çox ticarət aparıb”
Randhir Caysval bildirib ki, 2023 və 2024-cü illərdə Avropa Birliyi ilə Rusiya arasındakı ticarət həcmi Hindistanın həmin dövrdə və sonrasında Rusiya ilə apardığı ümumi ticarətdən daha çox olub: “Avropa ilə Rusiya arasındakı ticarət yalnız enerji məhsulları ilə məhdudlaşmır, eyni zamanda gübrələr, mədən sənayesi məhsulları, kimyəvi maddələr, dəmir-polad, maşınlar və nəqliyyat avadanlıqlarını da əhatə edir”.
Caysval əlavə edib ki, ABŞ özü də nüvə sənayesi üçün Rusiyadan uran, elektrikli nəqliyyat sənayesi üçün paladium, habelə gübrə və kimyəvi məhsullar idxal edir: “Bu kontekstdə Hindistanın hədəf alınması nə ədalətlidir, nə də məntiqə uyğundur. Bütün böyük iqtisadiyyatlar kimi Hindistan da milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcək”.
Tramp: “Hindistan nefti alıb baha qiymətə satır”
ABŞ Prezidenti Donald Tramp ötən həftə verdiyi açıqlamada Hindistan və Çinin Rusiyadan ən çox enerji idxal edən ölkələr olduğunu bildirmiş və Hindistanın 1 avqustdan etibarən 25 faiz tarif ödəyəcəyini bəyan etmişdi.
Tramp bu gün “Truth Social” platformasında etdiyi paylaşımda isə Hindistanın Rusiyadan aldığı nefti daha yüksək qiymətlərlə yenidən satdığını iddia edərək, bu ölkəyə qarşı tariflərin “əhəmiyyətli dərəcədə” artırılacağını vurğulayıb.