Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
07:50 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 568 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri üç günlük enişin ardından sabitləşib. İnvestorlar, Rusiyadan tədarüklərlə bağlı riskləri qiymətləndirdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın Hindistanı Moskva ilə enerji əməkdaşlığına görə cəzalandıracağı barədə bəyanatları bazara təsir göstərib.
“Brent” markalı xam neftin bir bareli 69 dollar səviyyəsindən aşağıda ticarət olunur. Son üç sessiyada ümumilikdə 6 faizdən çox dəyər itirən “Brent”, hazırda sabit qiymət axtarışındadır. ABŞ-ın Qərbi Texas (“WTI”) nefti isə 66 dollar ətrafında qərarlaşıb.
Prezident Tramp Hindistanın Rusiya nefti almaqda israr etməsi səbəbilə bu ölkənin ABŞ-a ixracına tətbiq edilən tariflərin “əhəmiyyətli dərəcədə artırılacağını” bildirib. Hindistan isə bu addımı “ədalətsiz” kimi qiymətləndirib.
Qlobal enerji bazarlarında son üç ayda müşahidə olunan qiymət artımından sonra son günlər azalma tendensiyası müşahidə olunur. Qiymətlərə təsir edən əsas amillər sırasında ABŞ iqtisadiyyatının zəifləməsinə dair əlamətlər və Trampın genişmiqyaslı ticarət tədbirləri ilə yanaşı, OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini yumşaltması yer alır.
Trampın Hindistana qarşı son xəbərdarlığı, Rusiyaya Ukrayna ilə atəşkəsə gəlməsi üçün verdiyi 8 avqust son tarixindən dərhal əvvəl səsləndirilib. Rusiya xəbər agentliyi TASS-ın məlumatına görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkofun çərşənbə günü Moskvaya səfəri planlaşdırılır.
Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 1.83 dollar və ya 2.72 faiz ucuzlaşaraq 76,47 ABŞ dolları səviyyəsində qərarlaşıb.