İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:12 | 30 aprel 2026 | Cümə axşamı
Məqaləyə 149 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
“Brent” markalı neftin bir barelinin qiyməti ABŞ–İran xəttində qeyri-müəyyənlik və Hörmüz boğazında davam edən ablukanın təsiri ilə 8 faiz artaraq 120 dolları keçib. Bununla da qiymətlər 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, qlobal enerji bazarlarında neft qiymətlərində artım sürətlənib. Aprelin əvvəlindən davam edən atəşkəs mühitinə baxmayaraq, Hörmüz boğazındakı ablukadan enerji axınının ciddi şəkildə zərər gördüyü bildirilir. Gündəlik keçidlərin demək olar ki, dayanma nöqtəsinə çatması xam neft və təbii qaz tədarükündə fasilələrə səbəb olub.
Boğazda baş verənlər qlobal təklif çatışmazlığı ilə bağlı narahatlıqları artırıb. Enerji xərclərindəki artımın inflyasiya təzyiqini yenidən gücləndirə biləcək risklər sırasında olduğu qeyd olunur.
İran dövlət televiziyası “Press TV”yə danışan adı açıqlanmayan yüksək vəzifəli təhlükəsizlik rəsmisi ABŞ-nin dəniz blokadasına yaxın zamanda “misilsiz addımla” cavab veriləcəyini iddia edib.
Açıqlamada İran Silahlı Qüvvələrinin indiyədək göstərdiyi təmkinin diplomatiyaya imkan yaratmaq məqsədi daşıdığı bildirilib. Həmçinin qeyd olunub ki, ABŞ-nin İranın müharibəni qalıcı şəkildə dayandırmaq şərtlərini öyrənməsi və qəbul etməsi üçün bu mövqe qorunur.