Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
17:20 | 29 aprel 2026 | Çərşənbə
Məqaləyə 79 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
ABŞ Hərbi Hava Qüvvələri Şimal Qütbü istiqamətində hava müşahidə və erkən xəbərdarlıq imkanlarını gücləndirmək məqsədilə “E-3 Sentry” tipli təyyarələri Alyaska səmasına cəlb edib.
VAXT.AZ “Military Watch” nəşrinə istinadən xəbər verir ki, bu addım ABŞ-nin ən həssas strateji istiqamətlərindən biri hesab edilən Şimal bölgəsində hava nəzarəti və erkən xəbərdarlıq imkanlarını artırmaq məqsədi daşıyır.
Təyyarələr Elmendorf–Riçardson Birləşmiş Bazasından havalanaraq 960, 961 və 962-ci hava nəzarət eskadrilyalarının iştirakı ilə kompleks təlimlər həyata keçirib. Təlimlər elektron müharibə şəraitinə yaxın ssenarilər və Arktikanın sərt əməliyyat şərtlərini əhatə edib.
Məlumata görə, “E-3 Sentry” havadan idarəetmə mərkəzi kimi fəaliyyət göstərərək geniş ərazidə hava məkanının real vaxt rejimində izlənilməsini təmin edir və döyüş təyyarələrinin koordinasiyasını həyata keçirir.
ABŞ Hərbi Hava Qüvvələrinin 961-ci eskadrilyasının zabiti Maykl Danlapın açıqlamasına görə, bu sistemlər döyüş təyyarələrinin yönləndirilməsi, hədəflərin müəyyənləşdirilməsi və kəşfiyyat məlumatlarının inteqrasiyası üçün mühüm rol oynayır.
Bununla yanaşı, “E-3” platformalarının xüsusilə “gizli” (stealth) texnologiyalı təyyarələrin aşkarlanmasında çətinliklərlə üzləşdiyi bildirilir. ABŞ hərbi komandanlığı bu səbəbdən yeni nəsil “E-7 Wedgetail” sistemlərinə keçidin sürətləndirilməsini müzakirə edir.
ABŞ Sakit Okean Hava Qüvvələrinin komandanı general Kennet Uilsbax daha əvvəl Çin istehsalı “Chengdu J-20” ilə bağlı müşahidələrdən sonra mövcud radar sistemlərinin bəzi aşağı görünən hədəfləri aşkar etməkdə yetərsiz qala biləcəyini etiraf etmişdi.
Məlumatlara görə, Arktika ABŞ, Rusiya və Çin arasında strateji rəqabətin yeni mərkəzinə çevrilir. Rusiya və Çin hava qüvvələrinin bölgədə artan fəaliyyəti ABŞ-ın müdafiə planlamasında Alyaskanın rolunu daha da artırır.
ABŞ bu istiqamətdə həm “F-35 Lightning II”, həm də “F-22 Raptor” eskadrilyaları ilə bölgədəki mövcudluğunu gücləndirib.