AMB-də məhsuldar görüş
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
11:08 | 2 may 2026 | Şənbə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
AMB rəhbərindən FED xəbərdarlığı
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”
Laqard: “Avro bölgəsi potensialına geri dönür”
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır
FED sədri: “Tariflərin inflyasiyaya təsiri bu yay görünəcək”
Laqard: “Fundamental problemləri həll etməkdənsə, qlobal rifahın əsaslarını aşındırır”
“AMB faiz dərəcələri ilə bağlı ən azı sentyabr ayına gözləməlidir”
AMB faiz endiriminin sonuncu olduğunu deyir
Vətəndaş “kredit vergisi” altında əzilir. Bəli, “de-jure” olmasa da, faktiki olaraq kredit faizləri “vergi” növüdür, yükdür.
Bu ilin ilk rübündə kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 27%-ə yüksəlib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu rəqəmlər 25% olub.
Rüblük olaraq məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində formalaşıb. Müqayisə üçün bildirək ki, 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.
İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9,5 milyard manat olub. Yəni, vətəndaşın tək istehlak kreditlərinə görə 10 milyard manata yaxın borc yükü və ölkədə uşaqlı-böyüklü hamını nəzərə alsaq, hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından 500 min nəfər çoxdur.
Bu rəqəmlər ölkə iqtisadiyyatında iqtisadi alətlərin işləmədiyinin əyani sübutudur. Azərbaycan Mərkəzi Bankı (AMB) doğru olaraq uçot faiz dərəcələrini aşağı salır – məntiqlə, kredit faizləri paralel olaraq ucuzlaşmalıdır, amma, ölkədə normal, hesab-kitabla ölçülə bilən, elmi yanaşma ilə izahı olan iqtisadi model olmadığına, iqtisadiyyat hüquqşünaslar tərəfindən əl ilə idarə olunduğuna görə kredit faizləri artır.
Başqa sözlə, bu iqtisadi model effektiv, sürdürüləbilən deyil...