AMB-də məhsuldar görüş
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
18:27 | 1 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 210 dəfə baxılıb
Şriftin ölçüsü
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
Dünyanın aparıcı mərkəzi bank rəhbərləri bu gün Portuqaliyanın Sintra şəhərində panel üçün bir araya gəlib. Avropa Mərkəzi Bankı (AMB) Forumu çərçivəsində təşkil edilən “Pul Siyasəti” panelində AMB sədri Kristin Laqard, FED sədri Cerom Pauell, Böyük Britaniya Mərkəzi Bankının sədri Endrü Beyli, Yaponiya Mərkəzi Bankının sədri Kazuo Ueda və Cənubi Koreya Mərkəzi Bankının sədri Rhi Çanq-yonq iştirak edib.
Avrozonada bu gün açıqlanan iyun inflyasiyasının 2 faiz olduğunu xatırladan Laqard bu rəqəmin “hədəfdə” olduğunu bildirib. Laqard xəbərdarlıq edib ki, gələcəkdə daha da parçalanmadan və geosiyasi proseslərin “narahatedici” olmasından irəli gələn “ikitərəfli risklər” var.
Laqard, faiz dərəcələri üçün bir yol müəyyən etmədiklərini və görüşdən-görüşə məlumatlardan asılı olacaqlarını təkrarladı.
FED sədri Cerom Pauell çıxışında iqtisadiyyatın yaxşı yerdə olduğunu və tariflərin təsirinin önümüzdəki aylarda inflyasiya məlumatlarında açıq şəkildə görünəcəyini gözlədiyini bildirib.
Pauell, “İnflyasiya istədiyimiz səviyyədədir. Tariflərin təsirini görmədik, ancaq yay aylarında daha yüksək göstəricilər görəcəyik. Tariflərin böyüklüyünü gördükdə gözlə və gör siyasətini izləmək istədik. İqtisadiyyatın dayanıqlı olduğunu gördüyümüz müddətcə bu siyasətə üstünlük verdik”, – deyib.
Pauell, iqtisadiyyatdakı gözlənilməz zəiflikləri izləyəcəklərini və bu ilin sonuna qədər faiz dərəcələrini endirə biləcəklərini bildirib. Pauell, FED-in tariflərin təsirini gözləməsinin “ehtiyatlı” olduğunu söyləyib. FED sədri pul siyasətini “mötədil” kimi qiymətləndirdiyini bildirib.
Koreya Mərkəzi Bankının sədri Rhi Çanq-yonq ölkəsində əsas inflyasiyanın sabitləşdiyini və tariflərin inflyasiyadan çox deinflyasiyaya səbəb ola biləcəyini bildirib.
Böyük Britaniya Mərkəzi Bankının rəhbəri Beyli də faiz dərəcələrinin aşağı istiqamətli olaraq davam edəcəyini söyləyib.