vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
Üçgünlük ucuzlaşmadan sonra gələn rahatlıq 16:44 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 63 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üçgünlük ucuzlaşmadan sonra gələn rahatlıq

Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ və Asiya birjalarında FED rəhbəri Cerom Pauelin (Jerome Powell) faiz endirimi siqnalı investorları canlandırdı.

Dünən “S&P 500” indeksi Trampın Çin açıqlamaları ilə mənfi təsirlənsə də, “Nasdaq 100” və böyük bankların hissələri arasında qarışıq hərəkətlər müşahidə olundu. “KBW Bank Index” gündəlik 1,81% artım ilə günün sonunda yüksəldi. ABŞ ilə bərabər Avropa birjaları da Fransadakı hökumət böhranının yüngülləşməsi ilə yüksəliş göstərdi.

Pauelin faiz endirimi açıqlaması üç gündür ucuzlaşma ilə üzləşən Asiya bazarları nəfəslik oldu. MSCI Açıqlamadan sonra Asiya İndeksi 1,4% artdı, “Bloomberg Dolar İndeksi” isə 0,2% düşdü. Yuan dollar qarşısında dəyər qazandı. ABŞ 2 illik dövlət istiqrazlarının gəliri iki ilin ən aşağı səviyyəsinə enərək 3,464% oldu. Qızıl 0,9% artaraq 4.181 dollara yüksəldi, neft qiymətləri isə son beş ayın ən aşağı səviyyəsinə gerilədi.

Pauell iqtisadi görünüşün sabit qaldığını və bu ayın sonunda FED-in faizləri 0,25 faiz bəndi endirməyə hazırlandığını açıqladı. O, iş elanlarının azalmasının işsizlikdə də əks olunma ehtimalına diqqət çəkdi. FED fonlama faizinə bağlı gələcək əməliyyatlarda investorlar oktyabr faiz endirimini demək olar ki, 100% ehtimal kimi qiymətləndirir.