Tramp Ağ Evin bir hissəsini dağıdır
Yeni bal zalı inşa edilir
09:42 | 26 sentyabr 2025 | Cümə
Məqaləyə 497 dəfə baxılıb
Şriftin ölçüsü
Yeni bal zalı inşa edilir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
Belarusda 52 məhkum əfv edildi
ABŞ-ın müxtəlif dövrlərdəki idarəetmə komandalarında yer almış nüfuzlu iqtisadçılar və dövlət rəsmiləri Ali Məhkəməyə müraciət ediblər. Onların arasında Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədrləri Alan Qrinspan (Alan Greenspan), Ben Bernanke (Ben Bernanke), Canet Yellen (Janet Yellen), həmçinin keçmiş maliyyə nazirləri Larri Sammers (Larry Summers) və Timoti Qeytner (Timothy Geithner) də var. Onlar FED İdarə Heyətinin üzvü Liza Kukun (Lisa Cook) vəzifəsində qalmasına icazə verilməsinin vacibliyini vurğulayıblar.
Müraciət, prezident Donald Trampın Kukun vəzifədən uzaqlaşdırılması təşəbbüsü ilə bağlı davam edən məhkəmə işinə münasibət olaraq təqdim olunub.
Sənəddə qeyd olunub ki, hökumətin Kukun vəzifədən uzaqlaşdırılması tələbinin qəbul edilməsi FED-i siyasi təsirlərə məruz qoyacaq. Bu cür addım ictimaiyyətin FED-in müstəqilliyinə inamını sarsıdacaq, ABŞ-ın pul siyasətinin etibarlılığını və effektivliyini təhlükə altına salacaq: “Mövcud vəziyyəti qorumaq, bu ölkədə pul siyasətini idarə edən sistemin müstəqilliyini və sabitliyini təmin edərək ictimai mənafeyə xidmət edəcək”.
Xatırladaq ki, Tramp avqustun 25-də FED İdarə Heyətinin üzvü Liza Kukun “ipoteka müqavilələrində yanlış bəyanatlara yol verdiyi” iddiası ilə vəzifədən uzaqlaşdırıldığını elan etmişdi.
O, sosial şəbəkədə Kuk üçün yazdığı məktubu paylaşaraq FED qanununun ona verdiyi səlahiyyətlərə istinad etmiş və “İdarə Heyətindəki vəzifənizdən dərhal azad olunursunuz” ifadəsini işlətmişdi. Tramp əlavə etmişdi ki, qanun ona “haqlı səbəb” olduqda İdarə Heyətinin üzvünü vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verir və Kukun fəaliyyəti buna əsas yaradır.
Bundan sonra Kuk Trampın qərarının qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi. Vaşinqton dairə hakimi Cia Kobb (Jia Cobb) “ipoteka dələduzluğu” ilə bağlı iddiaların Kukun vəzifədən uzaqlaşdırılması üçün yetərli əsas olmadığını müəyyən edərək onun vəzifədən uzaqlaşdırılmasını müvəqqəti dayandırmışdı.
Lakin Tramp administrasiyası bu qərardan apellyasiya şikayəti vermiş, lakin şikayət təmin olunmamışdı.
Son mərhələdə Tramp administrasiyası məsələyə Ali Məhkəmənin baxması üçün müraciət edib və FED rəsmisi Liza Kukun vəzifədə qalmasını təmin edən aşağı instansiya qərarının dayandırılmasını tələb edib.