Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
10:28 | 26 sentyabr 2025 | Cümə
Məqaləyə 531 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Dallas Federal Ehtiyat Bankının rəhbəri Lori Loqan (Lorie Logan) ABŞ Mərkəzi Bankının 1980-ci illərdən bəri ölkə iqtisadiyyatını yönləndirmək üçün əsas alət kimi istifadə etdiyi federal fondlama faiz dərəcəsinin daha geniş istifadə olunan bazar göstəricisi ilə əvəzlənməsini təklif edib.
Loqan cümə axşamı FED-in Riçmond departamentində keçirilən tədbirdəki çıxışında bildirib ki, “FOMC-nin (Açıq Bazar Əməliyyatları Komitəsi) fərqli qısamüddətli faiz dərəcəsi hədəfinə hazırlaşma vaxtı çatıb”. Onun sözlərinə görə, bankların bir vaxtlar bir-birini gecəlik maliyyələşdirdiyi federal fond bazarı son 15 ildə əsasən qısamüddətli maliyyələşmənin başqa forması – repo sazişləri ilə əvəz olunub.
Loqanın açıqlamaları bazar iştirakçılarının uzun müddətdir gözlədiyi, lakin gündəmdən çıxmış bir müzakirəni yenidən alovlandırıb.
“Bank of America”nın ABŞ faiz strategiyası rəhbəri Mark Kabana (Mark Cabana) isə deyib ki, “FED-in siyasət hədəfini federal fondlamadan repoya keçirməsini uzun müddətdir dəstəkləyirik və bu açıqlama düzgün istiqamətdə atılmış addımdır. Niyə Lori? Çünki bu barədə heç kim addım atmırdı. O, prosesi başlatmalı idi. Bu çıxışı ilə bunu effektiv şəkildə bacardı”.