Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
13:05 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 270 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
ABŞ Ədliyyə Nazirliyi, Prezident Donald Trampın ipoteka müraciətində saxtakarlıq ittiham etdiyi FED İdarə heyət üzvü Liza Kukun vəzifədən alınmasını müvəqqəti olaraq əngəlləyən məhkəmə qərarını apellyasiyaya verib və işin Ali Məhkəməyə daşınması yolunu açıb. Hökumət dünən Vaşinqtondakı federal apellyasiya məhkəməsindən qərarı ləğv etməsini tələb edən müraciət təqdim edib.
ABŞ Bölgə Hakimi Cia Kob 9 sentyabr tarixli qərarında Trampın FED qanununa əsasən Kuku vəzifədən çıxarmaq üçün “əsas” olmadığını bildirmişdi. Apellyasiya məhkəməsi heyətinin qərarını nə qədər tez verəcəyi məlum deyil. Kobun qərarı qüvvədə olduğu müddətdə Kuk gələn həftəki FOMC iclasına qatılacaq.
Apellyasiya məhkəməsinin Tramp əleyhinə verəcəyi hər hansı qərara Ali Məhkəmə sürətli şəkildə etiraz ediləcəyi ehtimal olunur. Hökumət apellyasiya məhkəməsinin çox yavaş hərəkət etdiyini müəyyən edərsə, Tramp işi birbaşa hakimlərə daşıya bilər.
Kukun FED-dəki taleyi, vəzifədən çıxarıldığı halda Trampa öz baxışlarına yaxın bir şəxs təyin etmək imkanı verməsi və mərkəzi bankın müstəqilliyi baxımından narahatlıq yaratması səbəbindən bazarlar tərəfindən yaxından izlənilir.
Bu arada “Carlyle Group”a görə, Tramp idarəsinin FED-in faiz dərəcələrini kəskin endirməsi çağırışı, qısa müddətli ABŞ istiqraz emissiyalarının artacağı gözləntiləri ilə birləşdikdə, istiqraz bazarını pozma riski daşıyır və bu, uzunmüddətli borclanma xərclərini daha da yüksəldə bilər.
Şirkətin qlobal tədqiqat və investisiya strategiyası rəhbəri Ceyson Tomas bir müsahibədə dedi:
“İstiqraz sahibləri FEDin vəzifəsinin əsas məbləğin real dəyərini qorumaq olduğuna əmin olmaq istəyir. Əks halda, FEDin daha çox dövlət maliyyələşməsinə fokuslandığını hiss edərlərsə, istiqraz satışları və daha yüksək müddət primləri görmək mümkündür.”
“ABŞ idarəsi aşağı faiz dərəcələrini üstün tutduğunu gizlətmədi. Maliyyə naziri bugünkü yüksək faiz dərəcələrində daha çox istiqraz buraxmaq istəmədiyini açıq şəkildə bildirdi. Bu, əsasən gələcəkdə faiz dərəcələrinin düşəcəyinə işarədir”, – Ceyson Tomas deyib.