Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
09:46 | 12 sentyabr 2025 | Cümə
Məqaləyə 950 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Analitiklər bunu müvəqqəti sayır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
ABŞ-da açıqlanan göstəricilərə paralel olaraq nüvə istehlakçı inflyasiyası və gözləntilərdən yüksək gələn həftəlik işsizlik müavinətləri müraciətləri məlumatlarından sonra, FED-in gələn həftə faiz endirəcəyi demək olar ki, mütləq hesab edilir. Bu xəbər “Wall Street” birjalarının yüksəlməsinə, istiqraz gəlirlərinin və dolların düşməsinə səbəb olub.
ABŞ-ın avqust ayı CPİ (Consumer Price Index – İstehlakçı Qiymətləri İndeksi) göstəricisi gözləntilərə uyğun açıqlanıb və FED-in 16-17 sentyabr tarixlərində keçiriləcək Federal Açıq Bazar Komitəsi (FOMC) iclasında faiz endirəcəyi gözləntilərini dəstəkləyib.
Qida və enerji daxil edilməyən CPİ iyul ayına nisbətən 0,3% artıb və həm əvvəlki ay, həm də gözləntilərlə eyni səviyyədə açıqlanıb.
ABŞ-ın 10 illik istiqraz gəliri dünən bir ara 4%-in altına düşsə də, sonradan yenidən artdı və günü təxminən 3 baza puan azalma ilə tamamladı. 2 illik istiqrazların gəliri bir ara 3,47%-ə qədər düşdükdən sonra 3,54%-dən bağlanıb.
“S&P” 500 indeksi 0,85% yüksəlmə ilə rekord səviyyə olan 6.587 xal səviyyəsindən günü tamamladı. “Nasdaq 100” də 0,60% artım ilə zirvə səviyyəsinə çatdı.
Kiçik ölçülü şirkətləri izləyən “Russell 2000” indeksi 1,9% dəyər qazandı. Faiz qazancı olmayan və yumşaq pul siyasəti dövrlərində dəyər qazanan qızılın unsiyası da artım nümayiş etdirdi.
Bu səhər saat 06:43 TSİ ilə ABŞ gələcək indeksləri sabit, Avropa gələcək indeksləri isə “Wall Street”in dünənki yüksəlişini izləyərək yükəlişdə idi. İnkişaf etməkdə olan ölkələrin valyutaları ABŞ göstəricilərindən sonra dəyər qazandı, MSCI-nin EMFX indeksi isə itkilərinin böyük hissəsini kompensasiya etdi.
EM (İnkişaf edən bazar) səhmlərini izləyən MSCI indeksi də müsbət bölgəyə keçərək 0,2% artımla günü bağladı. Asiyada birjalar yüksəldi və MSCI “Asia Pacific” indeksi rekord səviyyəyə yaxınlaşdı.