vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
“Daha çox şok olacaq” 07:07 | 26 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Daha çox şok olacaq”

Laqard: “Avro bölgəsi potensialına geri dönür”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard (Christine Lagarde) bildirib ki, Avro Bölgəsi iqtisadiyyatı parlaq olmasa da, davamlı bir böyümə göstərir və tədricən öz potensialına geri dönür.

“Fox News”a verdiyi müsahibədə Laqard qeyd edib ki, Avro Bölgəsində iqtisadi artım mülayim, lakin davamlı və yuxarı yönlü bir trayektoriya izləyir. O, istehlak və investisiya kimi əsas göstəricilərin müsbət göründüyünü vurğulayıb.

Laqard həmçinin ABŞ-ın tətbiq etdiyi gömrük tariflərinin Avro bölgəsinin ümumi daxili məhsuluna cüzi təsiri olduğunu, şirkətlərin isə bu tariflərə uyğunlaşacağına ümid etdiyini bildirib.

Ötən həftə cümə günü iştirak etdiyi ABŞ Federal Ehtiyat Sisteminin (FED) illik “Jackson Hole” simpoziumunda isə Laqard qeyd edib ki, son inflyasiya göstəriciləri və orta müddətli gözləntilər 2% səviyyəsindədir: “Əlbəttə, daha çox şok olacaq, bunu bilirik, amma yaxşı mövqedəyik”.

AMB iyul ayında faiz dərəcələrinə toxunmamışdı və sentyabrda da eyni addımı atacağı gözlənilir.

“Bundesbank” rəhbəri Yoaxim Naqel (Joachim Nagel) isə “Bloomberg TV”yə müsahibəsində bildirib ki, indiyədək həyata keçirilmiş səkkiz faiz endirimindən sonra əlavə addımlar üçün daha yüksək bir hədd mövcuddur.

Bu vəziyyət, Avropa Birliyi (AB) ilə ABŞ arasında imzalanmış son ticarət sazişinin bölgə iqtisadiyyatını hazırkı trayektoriyasından ciddi şəkildə uzaqlaşdırmayacağı barədə formalaşmış ümumi rəy ilə də üst-üstə düşür. Laqard isə həmin sazişin AB üçün daha mənfi nəticələr doğura biləcəyini qeyd etmişdi.

Yeni tariflər qüvvəyə minməzdən əvvəl, 20 ölkədən ibarət Avro Bölgəsi ikinci rübdə gözlənilmədən böyümə qeydə almışdı. Avqust ayında isə özəl sektor fəaliyyəti, xüsusilə üç illik durğunluqdan çıxan istehsal sahəsi hesabına, son 15 ayın ən sürətli genişlənməsini nümayiş etdirdi.