
“Ticarət heç vaxt əvvəlki kimi olmayacaq”
Laqard: “Ucuz Çin malları Avropa bazarlarını doldurarsa, ...”
Laqard: “Ucuz Çin malları Avropa bazarlarını doldurarsa, ...”
5-dən 100-ə qədər olan bütün əskinaslar yeni tərtibatda
“Müharibə başlasa, bankdakı pulumuz necə olacaq?”
AMB rəsmisindən xəbərdarlıq
Baza artımı 2,6 faizdən 2,4 faizə enib
5, 10, 20, 50 və 100 avroluq banknotlar dəyişəcək
İki AMB rəsmisi inflyasiya və Tramp siyasətləri haqqında xəbərdarlıq edir
Avropa Mərkəzi Bankından xəbərdarlıq
Avropa Mərkəzi Bankı marjinal kreditləşmə üzrə müvafiq addımlar atacaq
“Hökumətlər siyasətləri ilə bağlı güclü bir başlanğıc etməlidir”
“Yaxın illərdə yeni iqtisadi-siyasi birliyin formalaşacaq”
AMB sədri: “Əlavə stimul lazımdır”
Avro dollar qarşısında uduzur
... Müvəqqəti proses, yoxsa inkişafda olan ölkələr üçün yeni təhlükə?
Sabit faizli qiymətli kağızların geri alınma həcmi yarıbayarı azaldıla bilər
Avropada aşağı inflyasiyanın «lokomotivi» qeyri-enerji məhsullarıdır
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Trampın Avropa Birliyinin (AB) ABŞ-ı istismar etmək üçün yaradıldığına dair açıqlamalarına cavab olaraq ABŞ prezidenti Donald Trampın AB-yə qarşı “dəhşətli dilini” tənqid edib.
Laqard Almaniyanın ARD televiziyasına verdiyi açıqlamada Vaşinqtonun Avropa Birliyinin qurulmasını təşviq etdiyini bildirib: “Bunun əslində ABŞ-a zərər vermək məqsədi daşıdığını söyləmək tamamilə məntiqsizdir”.
“Bu, tarixə ziddir. Bu, əlbəttə ki, regionun məqsədi bu deyil”, – Laqard bildirib.
AFP xəbər agentliyinə istinadla xəbər verir ki, Tramp bu şərhləri bu ilin əvvəlində AB-nin ABŞ-la ticarət profisiti səbəbindən Avropa İttifaqına yüksək tariflər tətbiq etməklə hədələyərkən deyib.
Avropa rəsmisi Trampın açıqlamalarını “təəssüf ki, öyrəşdiyimiz təxribatların bir hissəsi” kimi qiymətləndirsə də, razılığa gəlmək üçün Avropa Birliyini ABŞ-la əməkdaşlığa çağırıb.
Avropa Birliyinə qarşı son hücumunda ABŞ prezidenti iyunun 1-dən bloka 50 faiz rüsum tətbiq edəcəyi ilə hədələyərək danışıqların “dalana çatmasından” narahat olduğunu bildirib.
Lakin bazar günü Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə telefon danışığından sonra o, Avropa Birliyinə yüksək tariflərin tətbiqini iyulun 9-dək təxirə salmağa razılaşdı.
Avropa Mərkəzi Bankının sədri “Biz sadəcə oturub gözləyə bilmərik... Biz onun komandası ilə əməkdaşlıq etməli, onlarla işləməli və təkliflərini dinləməliyik. Təkliflərimizi irəli sürməli, danışıqlar aparmalıyıq”, – deyib.
Trampın keçən ay dünyanın demək olar ki, hər bir ölkəsindən idxala tətbiq etdiyi 10 faizlik rüsumlarla yanaşı, avtomobillər, polad və alüminiuma da 25 faizlik rüsumlar tətbiq edilir.