vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
“FED-in müstəqilliyi toxunulmaz prinsipdir” 15:32 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“FED-in müstəqilliyi toxunulmaz prinsipdir”

AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvü Olli Rehn, FED-in müstəqilliyinin on illər sonra ilk dəfə sınağa çəkildiyini qeyd edərək, bunun bazarlar və iqtisadiyyat üçün mühüm risklər yaratdığını bildirdi.

Finlandiyalı rəsmi açıqlamasında, “1980-ci illərdə iki rəqəmli inflyasiyanın nəzarət altına alınmasından bəri FED-in müstəqilliyi toxunulmaz prinsip hesab olunurdu. Lakin bu gün bu prinsip zədələnir. Mərkəzi bankın etibarlılığı olduqda, cəmiyyət, şirkətlər və maliyyə bazarları qiymət sabitliyinə riayət olunacağına inanır. Bu etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”, – deyib.

Rehn vurğulayıb ki, müstəqilliyin gətirdiyi etimad pul siyasətinin effektivliyini artırır və bunun sayəsində mərkəzi banklar müvəqqəti iqtisadi dalğalanmalara sərt müdaxilə etmək məcburiyyətində qalmır.

Son dövrlərdə çox sayda mərkəzi bankçı, faiz endirimləri tələbiylə FED və sədri Cerom Pauelə yönələn artan tənqidlər qarşısında FED-in müstəqilliyini dəstəkləyib.

Son gərginlikdə, ABŞ Prezidenti Donald Tramp, FED İdarə Heyəti üzvü Liza Kuku ipoteka sənədlərində saxtakarlıq iddiaları əsasında vəzifədən azad etmək üçün hərəkətə keçib.

Beynəlxalq Ödənişlər Bankı (BIS) Baş Direktoru Pablo Hernandez de Kos da dünən etdiyi ilk çıxışında mərkəzi bankın müstəqilliyinin inflyasiyanı nəzarət altında saxlamaq və cəmiyyətin rifahına töhfə vermək baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Rehn Avrozonadakı inflyasiya ilə bağlı qiymətləndirmələrində bildirib ki, qarşıdakı aylara dair proqnoz qeyri-müəyyəndir və o, həm özünün, həm də AMB-dəki həmkarlarının situasiyanı yaxından izlədiyini və lazım gələrsə müdaxiləyə hazır olduqlarını qeyd edib.

AMB-nin, Avropa ilə ABŞ arasında əldə olunan son gömrük vergisi razılaşmasının təsirlərini nəzərə alaraq, sentyabr ayında depozit faizini ardıcıl ikinci ay da sabit saxlaması gözlənilir.