vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Təbiətdə cəmi bir cüt qalıb 15:23 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 53 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbiətdə cəmi bir cüt qalıb

Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada yalnız iki şimal ağ kərgədan qalıb və onlar “in vitro” (süni mayalanma) üsulu ilə yaşadılır. Bu heyvanlar Kenyanın mərkəzindəki bir təbiət qoruğu sahəsində 24 saat silahlı mühafizəçilər tərəfindən izlənilir.

Orta Afrikadakı yaşayış yerlərində illərlə davam edən qanunsuz ovçuluq və vətəndaş müharibəsi bu kərgədan növü məhv olmaq həddinə gətirib çıxarıb.

“National Geographic”in avqustun 24-də yayımlanan “The Last Rhinos: A New Hope” (Son Gərgədanlar: Yeni Ümid) sənədli filmi şimal ağ kərgədanların xilas edilmə səylərini əks etdirir.

Film 2018-ci ildə sağlamlıq problemlərinə görə 45 yaşında dünyadan köçən erkək kərgədan Sudanın son anları ilə başlayır. Sudanın ölümündən sonra geriyə yalnız bu gün 36 yaşında olan dişi Najin və 25 yaşlı Fatu qalıb.

Xilasetmə səyləri, ölmüş erkəklərdən toplanan sperma ilə Fatudan alınan yumurtaların “in vitro” döllənməsinə əsaslanır. Najin artıq yumurta verə bilmir.

Bu il alimlər Fatudan üç dəfə yumurta toplayaraq cəmi 38 şimal ağ kərgədan embrionu əldə ediblər. Lakin nə Najin, nə də Fatu sağlamlıq səbəbindən daşıyıcı ola bilmir. Buna görə embrionlar, yaxın növ olan cənub ağ kərgədanlara köçürülür.

Bugünkü gündə dünyada beş kərgədan növü mövcuddur. Cənub ağ kərgədanların sayı təxminən 17 mindir və Beynəlxalq Təbiəti Qoruma Birliyi tərəfindən “təhlükə altında olmayan, amma yaxın təhlükədə” kateqoriyasına daxil edilib.

İndoneziyadakı Cava kərgədanlarının sayı təxminən 50-dir. İki buynuzlu tüklü Sumatra kərgədanı da oxşar vəziyyətdədir. Onlardan təbiətdə 50-dən az fərd qaldığı hesab edilir.