vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QƏZA, FACİƏ  
Öküz kovboyu tapdaladı – VİDEO 13:08 | 6 may 2026 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öküz kovboyu tapdaladı – VİDEO

25 yaşlı idmançı aldığı zərbələrdən həlak oldu

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Braziliyada keçirilən rodeo yarışması zamanı gənc kovboy Ranner Luan faciəli şəkildə həyatını itirib.

VAXT.AZ “CNN Brasil”ə istinadən xəbər verir ki, hadisə Rondonia ştatının Alvorada d’Oeste bölgəsində keçirilən “Expoalvo” rodeosu yarışında baş verib. Çıxışı zamanı öküzdən yıxılan gənc kovboy Ranner Luan heyvanın ayaqları altında qalaraq bir neçə zərbə alıb. Hadisə arenada tamaşaçıların gözü qarşısında qeydə alınıb.

Arenada dərhal ilk tibbi yardım göstərilən 25 yaşlı idmançı daha sonra ağır vəziyyətdə Kakual şəhərindəki xəstəxanaya aparılıb. Yaralının vəziyyətini kritik kimi qiymətləndirən həkimlər çoxsaylı travmalarla mübarizə aparıblar. Lakin bütün müdaxilələrə baxmayaraq kovboyun həyatını xilas etmək mümkün olmayıb.

Təşkilatçılar hadisədən sonra yarışmada bir dəqiqəlik sükut elan edib və Ranner Luanın sevdiyi işlə məşğul olarkən həyatını itirdiyini bildiriblər. Yarış təşkilatçıları təhlükəsizlik prosedurlarının tətbiq olunduğunu və ailəyə dəstək verildiyini açıqlayıb.

Qeyd edək ki, Ranner Luan Braziliyada rodeo yarışlarında aktiv iştirak edən gənc idmançılardan biri kimi tanınırdı. Hadisə ölkədə rodeo idmanının təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.