
Lobbi qrupundan Ağ Evə çağırış
Çin-Braziliya nikel anlaşmasına ABŞ-ın “müdaxilə” etməsini istəyir
Çin-Braziliya nikel anlaşmasına ABŞ-ın “müdaxilə” etməsini istəyir
Dünyanın ən yaşlı insanı doğum gününü qeyd etdi
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Lula da Silva DTT-yə tarif narazılığını bildirib
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
ABŞ-lı senator Lindsi Qraham Rusiyadan neft alan Çin, Hindistan və Braziliyanı 100 faiz gömrük vergisi ilə hədələdi
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
Qlobal enerji investisiyalarının rekord səviyyəyə çatacağı gözlənilir
Səbəbini öyrənənlər qəzəbləndilər
... 10 saat ayrılığa dözmədilər
Zəhərli Pasxa şokoladı ölümə səbəb oldu
Braziliyadakı yerli xalqlar torpaq hüquqları və iqlim tədbirləri tələb edirlər
ABŞ quş qripi ilə mübarizə üçün 100 milyon dollar büdcə ayırır
Braziliya, Beynəlxalq Enerji Agentliyinə (İEA) tamhüquqlu üzv olmaq üçün rəsmi müraciət göndərib.
İEA-nın açıqlamasına görə, Braziliya uzun illərdir qurumla mövcud sıx tərəfdaşlığa və mürəkkəb qlobal enerji mühitində agentliyin üzv ölkələrə verdiyi güclü dəstəyə əsaslanaraq tam üzvlük üçün addım atıb.
Braziliyanın xarici işlər naziri Mauro Vieyra və mədən-enerji naziri Aleksandre Silveyranın məktubu Parisdəki İEA qərargahında ölkənin səfiri Sarquis J.B. Sarquis tərəfindən İEA-nın icraçı direktoru Fatih Birola təqdim olunub. Məktubda Braziliyanın quruma üzvlük prosesini başlatmaq istəyi rəsmi şəkildə çatdırılıb.
Nazirlər müraciətlərində Braziliyanın İEA ilə tərəfdaşlığa verdiyi dəyəri vurğulayaraq qeyd ediblər: “Bu əməkdaşlıq illər ərzində Braziliyanın enerji siyasətlərinin inkişafına mühüm töhfə verib. Enerji sahəsində qarşıdakı çağırışları və İEA-nın üzv ölkələrə təqdim etdiyi strateji dəstəyi nəzərə alaraq, hökumətimizin İEA-ya tam üzv kimi qoşulmaq prosedurunu başlatmaq istədiyini məmnuniyyətlə bildiririk”.
Fatih Birol isə Braziliyadan gələn rəsmi müraciəti böyük məmnuniyyətlə qarşıladığını bildirərək, “Bu hadisə enerji sahəsində illərdir dərinləşən əməkdaşlıq üzərində qurulan, beynəlxalq idarəçilik baxımından mühüm bir addımdır. Braziliya bu gün qlobal enerji sisteminin əsas dayaqlarından biridir və qarşıdakı illərdə onun əhəmiyyəti daha da artacaq. Braziliya və üzv ölkələrimizlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik”, – deyib.