Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:54 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 3065 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinə qarşı BRICS ölkələri ilə birlikdə diplomatik təşəbbüsə başlayacaqlarını bəyan edib.
Braziliya prezidenti, özünü qlobal nizamda çoxtərəfliliyi müdafiə edən lider kimi təqdim edərək, “Tramp çoxtərəfliliyi zəiflətməyə çalışır. Məqsədi ölkələrlə təkbətək razılaşa biləcəyi sistem qurmaqdır. Kiçik bir Latın Amerikası ölkəsi ABŞ qarşısında hansı bazarlıq gücünə sahib ola bilər? Heç birinə”, – deyə bildirib.
Hazırda BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika və digər inkişaf etməkdə olan ölkələr) sədrliyi edən Braziliya lideri, bu məsələni görməzdən gələ bilməyəcəklərini bildirib: “Tramp çoxtərəfli sistemləri niyə hədəfə alır? Məqsədi nədir? Bu suallara birlikdə cavab tapmalıyıq”.
Lula yaxın günlərdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcəyini, ardınca Çin Prezidenti Si Cinpin və digər BRICS liderləri ilə əlaqə saxlayacağını açıqlayıb. Məqsəd, Trampın tarif siyasətinə qarşı ortaq mövqe və diplomatik cavab mexanizmi hazırlamaqdır.
Lider, “Hər ölkə üçün bu vəziyyətin nə demək olduğunu müzakirə etməliyik. Ortaya ortaq bir qərar qoya bilmək üçün qarşılıqlı məlumat mübadiləsi vacibdir,” – deyib və BRICS-in “G20”də 10 ölkə ilə təmsil olunduğunu xatırladaraq onun qlobal təsir gücünə diqqət çəkib.
Trampdan BRICS ölkələrinə tarifə hücumu
Donald Tramp, ötən ay Rio-de-Jeneyroda keçirilən BRICS sammitində bu qrupu “Amerika əleyhdarı blok” adlandırmış və ölkələrə qarşı 10 faiz əlavə gömrük vergisi tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi.
Çin, Hindistan, Cənubi Afrika və Braziliya artıq ABŞ tərəfindən yüksək tariflərlə üzləşir. Xüsusilə Braziliya, keçmiş prezident Jair Bolsonaroya qarşı başlanılan istintaqlara görə Trampın hədəfində olub. ABŞ Braziliya məhsullarına 50 faiz rüsum tətbiq edib.
Çərşənbə günü isə Tramp, Hindistandan idxal olunan məhsullara əlavə 25 faiz tarif tətbiq olunacağını bildirib. Səbəb kimi Hindistanın Rusiyadan neft alması göstərilib. Bununla da Hindistana tətbiq edilən tariflər ümumilikdə 50 faizə çatacaq.
Çindən və Cənubi Afrikadan gətirilən məhsullar da 30 faizə qədər tariflə cəzalandırılır. Çin bəzi sahələrdə daha yüksək əlavə vergilərlə qarşılaşır.