İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
12:09 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 573 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İran adlanan rejimin Cənubi Qafqazdakı siyasətinə diqqətlə yanaşdıqda, Tehranın əsas məqsədinin Azərbaycanın regional güc mərkəzinə çevrilməsinin qarşısını almaq olduğu açıq-aşkar görünür. Bu məqsəd uğrunda İran rejimi son otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinə tam dəstək verərək, Qarabağın azadlığını əngəlləməyə çalışmışdır. İran təkcə diplomatik və iqtisadi dəstək verməklə kifayətlənməmiş, həm də birbaşa hərbi və ideoloji müdaxilələr həyata keçirmişdir.
Bu müddət ərzində “Hüseyniyyun” kimi silahlı qrupların yaradılması və Azərbaycana qarşı yönləndirilməsi, müxtəlif terror şəbəkələrinin himayə olunması və casus şəbəkələrinin təşkil edilməsi, rejimin Azərbaycana qarşı düşmənçiliyinin açıq nümunələridir. İran yalnız hərbi və təhlükəsizlik sahələrində deyil, həm də ideoloji cəbhədə – fars-şiə təbliğatı vasitəsilə Azərbaycanın daxili sabitliyini hədəfə almışdır. Məscidlər və dini ziyarətgahlar vasitəsilə yayılan təbliğatın əsas məqsədi milli birliyi parçalamaq və Azərbaycan türklərinin milli özünüdərkini zəiflətmək olmuşdur.
Qarabağın azad edilməsindən sonra isə İranın təxribatçı davranışları yeni bir mərhələyə keçmişdir. Zəngəzur dəhlizini “geosiyasi təhdid” kimi təqdim edən Tehran, bu dəhliz vasitəsilə bölgədəki türk təsirinin güclənəcəyindən qorxaraq, hər vəchlə onun qarşısını almağa çalışır. Bununla yanaşı, İsrail faktoru bəhanə edilərək Azərbaycan daxilində parçalanma yaratmaq, Güney və Quzey Azərbaycan arasında nifaq toxumu səpmək İranın təbliğat alətinə çevrilmişdir. Tehran rejimi, İsrail-Azərbaycan münasibətlərini “təhlükə” kimi qələmə verərək, əslində türk birliyinə qarşı çıxış edir və bu əməkdaşlığı öz ideoloji düşmənçiliyi üçün bəhanəyə çevirir.
İranın bütün bu siyasətləri bir hədəfə yönəlib: Azərbaycanın güclənməsinin qarşısını almaq, Türk dünyasının strateji bağlarını qoparmaq və fars-şiə hegemoniyasını bölgədə qoruyub saxlamaq. Lakin tarix göstərir ki, zorakılıq və təfriqə siyasəti uzunmüddətli dayanıqlılıq gətirmir. Azərbaycanın yüksəlişi qarşısında fars-molla rejimi daha da iflasa sürüklənməkdədir.