
Alimlər dilin xəritəsini tərtib etdi
Yeni kəşf piylənmə ilə mübarizə aparmağa kömək edə bilər
Yeni kəşf piylənmə ilə mübarizə aparmağa kömək edə bilər
Sözlük – unudulmuş sözlərin dirilişi
Dilin və düşüncəsinin kasıblığı xalqın davranışlarına sirayət edir
Türkiyə seriallarının dil öyrənməyə təsiri və Azərbaycanın bu prosesdə yeri
Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
... Yaxud kolonial iyerarxiyaların varlığı
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
Uşaqlıqda mənim üçün ən sevimli kitablardan biri “Azərbaycan Sovet Ensiklopediyası” idi, o zaman onu əldə etmək müstəsna çətin idi, anam onun seriyalarına abunə olmuşdu və hər cildin çıxmasını şəxsən mən səbrsizliklə gözləyir, acgözlüklə məlumatları oxuyurdum. Ən çox maraqlandığım sahə də coğrafiya idi, ölkələr, onların sərhədləri, tarixi, bayraqları uşaq təxəyyülü üçün çox əyləncəli-maraqlı gəlirdi.
Ölkələr arasında ən çox bəyəndiyim də Afrika ölkələri idi, sərhədləri xətkeşlə çəkilmiş kimi düz, bayraqları al-əlvan, çox rənglər istifadə edilərdi, bu ölkələr barədə oxuyanda az qala həmişə “dövlət dili fransız/ingilis dilidir” qeydinə rastlayar, düşünərdim ki, hə də, doğrudur, birbaşa mütərəqqi dilə keçilib, belə də olmalıdır. Həm müstəmləkə olublar, öz dillər çox geri qalıb, həm də bu dillərlə tez inkişaf etmək olar.
Türkiyə barədə məlumat təbii olaraq (əlifba qaydasına uyğun) son cildlərdə çıxdı, onu oxuyanda doğrusu çox təəccübləndim ki, orada dövlət dili fransız/ingilis deyilmiş, türk dilidir, düşündüm ki, necə ola bilər bu, niyə belədir, ağlıma gəlmirdi ki, kolonializm mövzusu akademik dünyada yeni-yeni işlənməkdədir, Edvard Səid (Edward Said) də özünün məşhur “Orientalism” (“Şərqşünaslıq”) (1978) əsərini yenicə bitirib, “Culture and Imperialism” (“Mədəniyyət və İmperializm”) (1993) isə hələ yalnız plandadır, illər sonra qələmə alacaq.
Deyilənə görə II Dünya müharibəsi dövründə Böyük Britaniya hökumətində büdcə kəsirləri müzakirə olunurkən təklif edilir ki, mədəniyyət sahəsinə ayrılan vəsait azaldılsın. Baş nazir Uinston Çörçil (Winston Churchill) o zaman belə deyir: “Then what are we fighting for?” (“Onda biz nə uğrunda vuruşuruq?”).
Baş verən hadisələr fonunda yenidən dil məsələsi aktuallaşıb - təhsil hansı dildə olmalıdır və s.
Qəribədir, müstəqilliyin 35-ci ilində belə suallar əslində absurd olsa da yenə də soruşmaq istərdim: əgər bu sual yenə də aktualdırsa, o zaman bu dövlət nə üçün yarandı, dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimi nə anlamı var?!